PDF Oxu

Siyasət

  • 2 005

MSK bundan sonra da "ASAN xidmət"lə yaxından əməkdaşlıq edəcək - RÖVZƏT QASIMOV

MSK bundan sonra da "ASAN xidmət"lə yaxından əməkdaşlıq edəcək - RÖVZƏT QASIMOV

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov seçicilərin "ASAN növbə" xidmətindən səsvermə gününə 25 gün qalmışadək istifadə edə biləcəklərini açıqlayıb. SİA-nın məlumatına görə, o bildirib ki, "ASAN xidmət" mərkəzləri seçicilərin öz məlumatlarını yoxlaması üçün innovativ həll vasitəsinə çevrilir: "Seçicilər "ASAN xidmət" mərkəzlərindəki "ASAN növbə" cihazları vasitəsilə harada səs verəcəklərini rahatlıqla öyrənəcəklər. Bu, tamamilə yeni layihədir. Bununla belə, ənənəvi məlumatlandırma sistemlərimiz də aktivdir. Bütün bu xidmətlər seçicilərimizin ixtiyarında olacaq. MSK bundan sonra da "ASAN xidmət"lə yaxından əməkdaşlıq edəcək".MSK sədrinin müavini deyib ki, səsvermə gününə 25 gün qalmışadək seçicilər bu imkanlardan istifadə edə bilərlər: "Hazırkı siyahıya əsasən, 6 milyon 300 mindən artıq seçici var. Bu rəqəm əsas seçicilər siyahısına daxil olan vətəndaşlarımızın sayıdır. Hesab edirik ki, yeni məlumatlandırma imkanları sayəsində seçici sayının artmasına şərait yaranacaq".

Digər xəbərlər