7 fevral 2024-cü il də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq çərçivəsində aparılan və görülən fundamental işlər bir daha Azərbaycanın azad və demokratik seçkilərin keçirilməsinə sadiq olduğunu təsdiqləyir. Ümumxalq fəallıq fonunda bəzi qüvvələrin, xüsusilə də, yerli və xarici pozucu dairələrin qısqanclıq və sifarişlər zəminində dezinformasiyalar yaymaları, şər və böhtanlarla çıxış etmələri məkrli planların işə salınmasından xəbər verir. Məlum olur ki, Azərbaycanın möhtəşəm sosial, iqtisadi, hərbi, diplomatik uğurları və bu uğurlar fonunda xalqın yüksək fəallıqla seçkilərə getməsi yerli və xarici məkrli dairələri ciddi narahat edir. Bu baxımdan da, mərkəzləşmiş şəbəkə formasında Azərbaycana qarşı antitəbliğat kampaniyası təşkil edirlər. Bunu edənlər isə, bu gün sosial şəbəkələrdə “xalq”, “millət” deyə bağırıb, özlərinə dividentlər qazanmağa cəhd edən dağıdıcı müxalifət partiya “liderlər” və xaricdəki ünsürlərdir ki, sözügedən vasitələrlə guya öz “mübarizələrində” üstünlük qazandıqlarını düşünürlər. Lakin bütün hallarda xalqın nifrət və qəzəbinə düçar olurlar.
Avropada oturub Azərbaycana qarşı böhtanlar səsləndirənlərin satqın olduqları sübut olunub
Azərbaycanda yaşayıb müxtəlif səbəblərdən xaricə qaçan bir qrup üzüdönük satqın var ki, onlar anlaqsız vəziyyətdə oduqlarından dövlətimizə və xalqımıza qarşı sifarişli antitəbliğat kampaniyası aparırlar. Xarici ölklərdə oturub, Azərbaycan haqqında sosial şəbəkə vasitələri ilə hər gün canlı yayımlar etməklə hədyanlar səsləndirən Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Temirxan və digərləri günün birində it kimi sığındıqları ölkələrdən qovulacaqlar. Çünki kifayər qədər xaricdə oturub, Azərbaycan barədə sifarişli təhqirlər yağdıran şəxslər olmuşdur ki, istifadə olunmaq limitləri bitdikdən sonra lazımsız əşya kimi Azərbaycana deportasiya olundular. Dövlətimiz isə xeyirxahlıq və humanistlik göstərərək onları işlə təmin etdi, yaşamaq üçün yer ayırdı. Təbii ki, digərlərini də eyni aqibət gözləyir. Azərbaycan cəmiyyətinə artıq hər şey aydındır ki, Avropada oturub Azərbaycan dövlətinə, xalqına qarşı şər və böhtanlar səsləndirənlər yalnız xarici xüsusi xidmət orqanları qarşısında deyil, eləcə də erməni lobbisinin pulları qarşılığında üzərilərinə öhdəlik götürüb, öz dövlətlərinə qarşı çirkin kampaniya aparırlar. Onlardan biri də Orduxan Teymurxandır ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən doğulduğu Cəbrayılı müdafiə etməkdənsə, Avropaya qaçdı. Sonradan məlum oldu ki, bu məxluq Rusiya agenturasının əməkdaşıdır. Hələ Rusiyada hərbi xidmətdə olarkən Rusiya KQB-si tərəfindən əməkdaşlığa cəlb olunub.
Xaricdəki söyüş qrup üzvləri həm də qorxaq və cəsarətsizdirlər
Sosial şəbəkələrdə yayılan informasiyalardan aydın olur ki, bəzən Avropadakı söyüş qrup üzvləri ayrılan pulu bölə bilmədiklərindən bir-birini aşağılayıb, təhqir edirlər. Məhəmməd Mirzəli Tural Sadıqlıdan ala bilmədiyi 300 avroya görə onu ən ağır söyüşlərlə təhqir edirdi. Bu azmış kimi Məhəmməd Mirzəli Tural Sadıqlı haqqında təhqir və ifşaedici videolar yayırdı. Bu gün də tərəflər arasında bir-birini təhqiredici kampaniya davam edir. Bu cür yararsız məxluqların bəzən “millət”, “xalq” deyə pafoslu açıqlamalarla çıxış etmələri, canlı yayımlar qurmaları gülüş doğurur, məsxərə obyekti yaradır. Ən böyük rüsvayçı hallardan biri ondan ibarətdir ki, iki eşşəyin arpasını bölə bilməyən T.Sadıqlı prezidentliyə namizəd olmaq iddiasına düşmüşdür. Görünür, təlimatları ilə fəaliyyətini qurduğu AXCP sədri Əli Kərimlidən bir səs çıxmadığını gördüyündən qabağa çıxıb, namizəd olmaq arzusuna düşmüşdür. Bununla da həm də daha çox qrant almaq istəyində olmuşdur. Lakin MSK qanunvericiliyin tələbinə əsaslanmaqla ona Azərbaycana gəlib, özü şəxsən namizədliyini irəli sürməyi məsləhət bilmişdir. Təbii ki, qorxaq və cəsarətsiz olan T.Sadıqlı məsləhəti nəzərə almaq gücünə malik deyil. Onun ki, yalnız xaricdə rahat, təhlükəsiz yerdə oturub, xalqını sevən, millətinə bağlı olan insanları təhqir etməkdir, dövlətə qarşı ittihamlar irəli sürməkdir, xalqın heysiyyatına toxunan ifadələr səsləndirməkdir.
Əli Kərimli və Cəmil Həsənli təxribatların mərkəzində olmağa çalışırlar
Uzun illərdir ki, AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı və digərləri sosial şəbəkələr vasitəsi ilə bəyan edirlər ki, guya cəmiyyətdə nüfuzları var, hörmət-izzətləri də göz qamaşdırır. Lakin növbədənkənar prezident seçkilərini boykot etmək kimi absurd iddia ilə çıxış etmələri göstərdi ki, danışdıqları və yazdıqları, sadəcə, sabun köpüyüdür. Əgər özlərinə arxayın olsa idilər, söz yox ki, seçkilərdə iştirak edərdilər. Əmin deyillər və anlayırlar ki, onlar üçün seçki məğlubiyyəti qaçılmazdır. Bu baxımdan, öncədən üzləşəcəkləri seçki məğlubiyyətindən qaçmaq üçün boykot kimi absurd iddia ilə çıxış edirlər. Hətta utanıb çəkinmədən boykot qərarlarına haqq qazandırmağa da çalışırlar. Əli Kərimlinin trol dəstəsinin fəallarından olan Fuad Qəhrəmanlı təmsil olunduğu düşərgə təmsilçilərinin AXCP-nin 7 fevral prezident seçkisi ilə bağlı boykot qərarını tənqid edənləri qınayıb. O, sosial şəbəkə hesabında yazdığı statusunda əqidə dostlarını və məsləkdaşlarını siyasi savadsızlıqda ittiham edib: “Seçkilərin boykot edilməsi qərarı verəndə bunun səhv olduğunu deyib partiyaya qarşı əks təbliğat kampaniyasına başlayanlar oldu. Hamının tanıdığı bu adamlar bir ağızdan "seçkiyə qatılıb mütləq nəsə etmək lazımdır" deyirdilər. Biz isə növbəti dəfə onlara qatığın ağ olduğunu sübut etməli olurduq və buna baxmayaraq qarşı tərəf də hazırkı şərtlərdə seçkidə iştirak yolu ilə " nəsə etməyin " mümkün olmadığı həqiqəti ilə heç cür razılaşmaq istəmirdi. İdda olunurdu ki, hətta bu şərtlərdə belə seçkiyə gedib nəsə etmək olar, əgər edilmirsə demək ki, müxalifət ya səhv edir, ya da ki, hansısa müəmmalı səbəbdən özü bunu istəmir”.
F.Qəhrəmanlı anlamır ki, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkan yaradılıb. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilər bir imkandır. Bu mənada istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Əslində, dağıdıcı məxluqların seçkilərlə bağlı qərəzli fikirləri, sadəcə, ucuz demaqogiyadır, həm də siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş dağıdıcı müxalifət öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Lakin istəkləri və arzuları baş tutmayacaq. Çünki xalq fikrində qərarlıdır. Bu baxımdan, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar.
İLHAM ƏLİYEV