"ABŞ Dövlət Departamenti əvvəllər də belə hesabatlar dərc edirdi. Əslində Azərbaycanda din dövlətdən ayrıdır və qonşu islam ölkələrinə baxanda bizdə dini dözümlülük daha coxdur. Çünki dini radikalizm bir o qədər geniş yayılmayıb, dövlət də bunun genişlənməməsi üçün müəyyən tədbirlər görür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, inanclı insanlar üçün kifayət qədər dini azadlıqlar mövcuddur: "Azərbaycan tarixən də multikultural ölkə olub və bu ənənə bu gün də davam edir. Təəssüf ki, müasir dünyamızda dindən siyasi məqsədlər üçün çox istifadə olunur, bu isə yolverilməzdir. Mən belə hesab edirəm ki, dini azadlıqlar və etiqad azadlığı ilə bağlı Azərbaycanda elə bir ciddi problem yoxdur, əksinə bizim ölkəmizin bu sahədə gördüyü işlər bir model olaraq digər ölkələrə nümunə sayıla bilər"."Görünür ki, Dövlət Departamenti məsələni araşdırmadan hansısa yanlış informasiyaya əsaslanaraq ölkəmiz adına bu cür hesabat dərc edib. Bunun da arxasında siyasi məqsədlərin olduğunu düşünürəm. Prezident İlham Əliyev Qarabağda erməni vandalları tərəfindən dağılmış məscidlərlə bağlı çağırış edərkən heç bir beynəlxalq qurum, nə də UNESCO buna reaksiya vermədi. İndi belə yersiz açıqlama və hesabatlar təəccüb doğurur",- deyə o əlavə edib.
Ləman Sərraf