PDF Oxu

Siyasət

  • 1 988

“Bu gün Azərbaycan və BƏƏ arasında əlaqədər çox yüksək səviyyədədir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Bu gün Azərbaycan və BƏƏ arasında əlaqədər çox yüksək səviyyədədir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr çox yüksək səviyyədədir. Biz ümumən Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinə baxdıqda ən çox əlaqəmiz olanlardan biri Birləşmiş Ərəb Əmirlikləridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkilinin sözlərinə görə, bu gün bütün sahələrdə ölkələrimiz arasında sıx əməkdaşlıq var: “Davamlı olaraq Azərbaycan rəsmilərinin BƏƏ-yə səfərlər etdiyini görürük. Eləcə də BƏƏ-nin iqtisadiyyat, xarici işlər nazirləri eləcə də dövlət başçısının Azərbaycana davamlı səfər etdiyini də müşahidə edirik. Müxtəlif səfərlər olub və bu səfərlər çərçivəsində sənədlər imzalanıb”.C.Məmmədov qeyd edib ki, xüsusilə də son illər alternativ enerji sahəsində BƏƏ şirkəti ilə Azərbaycan sıx əməkdaşlıq qurub: “Bildiyiniz kimi bu gün "Masdar" şirkəti həm Bakıda həm də azad edilmiş ərazilərdə çox fəal iş aparır. Biz eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik. İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Ölkələri Liqası çərçivəsində əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, sonuncu səfər də ikitərəfli əlaqələrin inkişafına, güclənməsinə daha da töhfə verəcək”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər