PDF Oxu

Siyasət

  • 1 974

"Seçki ilə bağlı vətəndaş mövqeyini ortaya qoymaq lazımdır" - ŞƏRH EDİLDİ

"Seçki ilə bağlı vətəndaş mövqeyini ortaya qoymaq lazımdır" - ŞƏRH EDİLDİ

“Ölkə daxilində reallığı nəzərə alan bütün qüvvələr dövlətinin, millətinin yanındadır. Faktiki narazı olanlar müharibə dövründə ölkə ilə birlikdə mübarizə aparmayan, qələbə hissini yaşamayan insanların bu fəaliyyətlə məşğul olması təəccüb doğuran məsələlər deyil”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Bədrəddin Quliyev deyib.Onun sözlərinə görə, bəzi qüvvələrin ayrı-ayrı kəşfiyyat orqanlarının nəzarətində olub Azərbaycanın milli maraqlarını əleyhinə mübarizə aparması bizim tərəfimizdən qınanılır: “Fakt ondan ibarətdir ki, Azərbaycan qələbəsindən sonra erməni lobbisi ilə eyni cərgədə olub Azərbaycana qarşı düşmənçilik edən qüvvələrlə onların fərqi yoxdur. Bugün biz ərazi bütövlüyümüzü tamamilə bərqərar edib ölkə daxilində əmin-amanlıq yaratmışıq.Eyni zamanda seçki ilə də bağlı vətəndaş mövqeyini ortaya qoymaq lazımdır. Müstəqlliyimiz əldə edildikdən indiyə kimi illərdir mübarizə aparırdıq. Bu qələbədən sonra vahid dövlətin ətrafında birləşərək bu seçkini aparmalı, dosta, düşmənə öz mövqeyimizi bildirməliyik. Bölgədə çox böyük, ağır proseslər baş verəcək. İstər Ermənistan, istər Gürcüstan, istərsə də İranla bağlı olsun. Bölgədə geopolitik vəziyyət dəyişəcək. Belə bir məqamda bütün milli qüvvələr dövlətin yanında olacaq. Anti-milli qüvvələrin isə başqa qüvvələrin yanında olması labüddür”.

Digər xəbərlər