Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bunun və bir sıra digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. "Səs" qəzetinin xarici mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti maraqlı təklifi tərəfdaşları ilə müzakirə aparmaqdadır..
“Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında nifaq yaratmaqdır. Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dostluq edən şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiyasında maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən qorumaq səylərinə dəstək verməyi təklif edir”, - deyə mənbə qeyd edib.