"Fransa Xarici İşlər Nazirliyi bu cür açıqlamalarla istintaq prosesinə müdaxilə edir, Azərbaycanın daxili işlərinə qarışır. Fransa vətəndaşının tutulması bu məsələdə kifayət qədər əsasların olmasından xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib. V.Əhmədov sözlərinə davam edərək bildirib ki, Fransa digər ölkələrin daxili işlərinə qarışmağa öyrəşib: "Lakin unudur ki, Azərbaycan suveren dövlətdir və dövlətinin maraqlarına yönələn hər hansı addımlara yol verə bilməz. Baş verən son hadisələr bir daha sübut etdi ki, hər hansı gücə sahib olmasından aslı olmayaraq hansısa ölkənin Azərbaycanda qanunsuz xəfiyyə fəaliyyəti ilə məşğul olması yolverilməzdir"."Təəssüf ki, Fransanın Azərbaycandakı səfirliyi ölkəmizdə öz missiyasından kənar fəaliyyətlə məşğul olub, tarixi qələbəmizi gözdən salmaqdan ötrü bir sıra radikal muxalif qüvvələrlə separat görüşlər keçirərək onları təlimatlandırıb. Son həbs hadisəsi də bunun üçün kifayət qədər əsasların olmasını bir daha sübut edir",- deyə o əlavə edib.
Ləman Sərraf