PDF Oxu

Siyasət

  • 2 046

"KİV-lərin rolu həmişə yüksək tutulmalıdır" - MSK SƏDRİ

"KİV-lərin rolu həmişə yüksək tutulmalıdır" - MSK SƏDRİ

Seçkilərin keçirilməsi məsələsində dövlət orqanlarının məsuliyyəti var. Kütləvi informasiya vasitələri ilə keçirilən tədbir hamısından fərqlənir. KİV-lərlə olan tədbir unikaldır. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhərində bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.Sədr qeyd edib ki, KİV-lərin buradakı rolu həmişə yüksək tutulmalıdır: "Hamımız bilirik ki, tədbirin necə keçirilməsindən asılı olmayaraq KİV-lər bunu layiqli səviyyədə çatdırmayıbsa dünya bunu hiss etmir. Biz KİV-lərin biraz da tələb etmək mövqeyini nümayiş etdiririk".
Müəllif: Rəşid Qarayev

Digər xəbərlər