“Fransanın Azərbaycana qarşı atdığı mənfiyönümlü addımlar birbaşa olaraq Fransanın özünü məhkum etdiyi siyasətdən qaynaqlanır. Fransa reallıq anlayışını itirib və Ermənistanın nökəri rolunu oynayan bir dövlətə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, Fransa Ermənistanın bölgəyə atdığı “zibil”lərin utilizasiyası ilə məşğuldur: “Bu isə olduqca çətin problemdir. Çünki işğalçı dövlətə, barbar zihniyyətdə olan bir cəmiyyətə bəraət qazandırmaq, törətdiyi soyqrım siyasətinə dəstək olmaq asan məsələ deyil və öz adına ləkə gətirmək deməkdir.Fransanın Natəvanın heykəlinə qarşı münasibəti isə əslində vandalizmin başqa bir göstəricisidir. Bu səbəbdən də haqlı olaraq ədəbiyyat və mədəniyyət xadimlərimiz məsələyə öz etirazlarını bildiriblər. Artıq bölgənin reallıqları dəyişib, Fransanın xəyalları isə dəyişməyib. Bu baxımdan da Fransaya qarşı xarakterimizi ortaya qoyuruq ki, bizim üçün güclü dövlət yoxdur, ədalətli dövlət anlayışı var. Əgər qarşımızdakı dövlət ədalətsizdirsə, istənilən şəkildə haqqımızı qoruyacağıq”.
Müəllif: Səbinə Hüseynli