"Bizim milli ideyamız ərazi bütövlüyümüzü bərpa etmək idi. Bundan sonra yeni milli ideologiya lazımdır. Milli ideologiyanın yeni istiqamətləri hazırlanmalıdır. Bizim mətbuatımızın çiyninə böyük yük düşür". SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhərində bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.Sədrin sözlərinə görə, 7 fevral seçkilərində əvvəlki illərdə olduğu kimi mediamız öz təcrübəsi ilə iştirak edəcək. Mətbuat Şurası və MSK arasında uzun illər sıx əməkdaşlıq olub: "20 il bundan öncə bəlkə də adi bir seçki günü idi. Amma 20 il sonra Azərbaycan üçün əhəmiyyətli günə çevrildi, Xankəndidə Azərbaycan bayrağı dalğalandı. Əminəm ki, 7 fevral da illər sonra Azərbaycanın ən əhəmiyyətli günlərdən birinə çevriləcək".
Müəllif: Rəşid Qarayev