Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva seçki prosesi ilə bağlı hazırlıqların davam etdiyini və müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib. SİA-nın xəbərinə görə, bunu o, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.Ombudsman qeyd edib ki, bütün dünyada seçki vətəndaşların siyasi prosesdə kütləvi iştirakı prosesidir:"Bu seçki bütün Azərbaycan ərazisində keçirilən ilk seçkidir. Ona görə bu məqam növbədənkənar prezident seçkisinin əhəmiyyətini daha da artırır".