Dağıdıcı müxalifətin başbilənləri ciddi siyasi fəaliyyətdən demək olar ki, uzaqdırlar. Qeyri-ciddi açıqlamalarla çıxış edib, sərsəm ideyalar irəli sürmələri mövcud ağır vəziyyətlərinin daha da pisləşməsinə təkan verir. Təbii ki, bu da onların siyasi imiclərinin ləkələnməsinə və təmsil olunduqları partiyaların sosial baza qıtlığının yaranmasına gətirib çıxarır. Birmənalı şəkildə o fikri vurğulamaq olar ki, indiki dağıdıcı müxalifət ötən əsrin 90-cı illərində hansı təfəkkürdə idisə, bu gün də eyni düşüncədədir. Dəyişən yalnız onların geyimləridir. Kostyum və parıldayan ayaqqabılarından başqa həyatlarında heç nə dəyişməyib. Fikir verin, bu şəxslər mətbuata açıqlama verərkən, ancaq 90-cı illərdən sitatlar gətirir, o dövrdə üzləşdikləri hadisələrdən danışırlar. Bir dəfə də olsun Ə.Kərimlidən, C.Həsənlidən, A.Hacılıdan və digərlərindən yeni fikir, yeni ideya və təklif eşidilməyib. Cəmil Həsənli o qədər başını itirib ki, Azərbaycanda baş verən inqilaba bərabər texnoloji dəyişikliklərdən, müasir yeniliklərdən xəbərsizdir. Bu da onun köhnə meydan təfəkküründən hələ də xilas olmadığını göstərir. Bəzən iddia olunur ki, C.Həsənli bilərəkdən Azərbaycanın qələbələrindən, uğurlarından, texnoloji dəyişikliklərdən özünü xəbərsiz kimi aparır. Əslində, bu barədə geniş bilgilərə malikdir. Sadəcə, ermənipərəst senatorların, birbaşa erməni lobbisinin göstərişləri ona olanları dilə gətirməyə və qeyd etməyə imkan vermir.
Cəmil Həsənli ölkə ziyalılarının gözündən düşüb
C.Həsənlinin sosial şəbəkələrdəki səhifəsində adından yazılanlara istinadən vurğulamaq olar ki, bu məxluqun heç nədən xəbəri yoxdur. Bu halda şübhəli versiyalar üzə çıxır: C.Həsənli ya ağır depressiyadadır, ya da sağlamlığında ciddi problemləri var. Son vaxtlar isə siyasi analizlərdən, qərəzli təhlillərdən bir qədər uzaqlaşıb, daha çox elmi, mədəni statuslarla çıxış edir. Bu halda da məxluq müstəqil olmadığını nümayiş etdirir. Şübhəsiz ki, C.Həsənlinin adından Azərbaycanın ədəbiyyatı, mədəniyyəti haqqında yazılan şər və böhtan xarakterli analizləri müəyyən şəxslər yazırlar. Hansı ki, o şəxslər Avropanın və ABŞ-ın xüsusi xidmət orqanlarının ixtisaslaşmış agentləridir. Məqsəd elmi ictimaiyyət arasında bir çaşqınlıq yaratmaqdır. Lakin hər kəs, o cümlədən, ölkə ziyalıları C.Həsənlinin Avropanın və ABŞ-ın qaranlıq dairələrinin əlində bir alət olduğunu bilirlər və bu baxımdan da, onun cızma-qaralarına əhəmiyyətsiz yanaşırlar. Yəni, qısaca demək olar ki, xalqın, dövlətin milli varlığına daş atdığına görə C.Həsənli ölkə ziyalılarının gözündən düşüb. Bəlkə də, Ə.Kərimlinin toruna düşüb elmi yaradıcılıqdan uzaqlaşmasa idi, ölkə ziyalı ordusunun sıralarında ola bilərdi. Lakin iradə və düşüncə baxımdan zəifliyi onu siyasi zibilxanaya atdı. İndi də o zibilxanada eşələnir. Təbi ki, zibilikdə eşələnməsinin bir sonu olacaq. Çünki yaş keçir və bir gün tükənəcəyi şübhəsizdir. O zaman təbii ki, Milli Şura sədrliyindən qovulacaq. Bunu C.Həsənlinin özü də başa düşür. Ona görə sona qədər siyasətdə varlığını qoruyub saxlamağa çalışır. Baxmayaraq ki, əksər siyasi addımları və açıqlamaları onu daha da gözdən salır. Məsələn, Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyevin yerli TV-lərə verdiyi çox möhtəşəm müsahibəsinə C.Həsənli öz ağlınca münasibət bildirib və şərhini verib. Böyük rəisi Ə.Kərimli kimi deyir ki, “Xankəndidə indiyə qədər qalan rus sülhməramlıların taleyi necə olacaq? Ermənilər Qarabağın Dağlıq hissəsini tərk edəndən sonra bu xarici hərbi kontingentin Azərbaycanda qalması üçün hüquqi və siyasi şərtlər aradan qalxıb. Hansı əsasla rus “sülhməramlıları” Azərbaycanda saxlanılır və bunun gələcək taleyi necə olacaq?”. Bu məxluq hələ də anlamır ki, nəyi, nə vaxt və necə etməyi yalnız və yalnız Qalib Sərkərdə, Prezident İlham Əliyev bilir. Vaxtı gələndə rus sülhməramlıları da bölgəni tərk edəcəklər. Necə ki, Qarabağ erməni işğalından azad edildi və 30 il meydan sulayan separatçıların bir qismi məhv edildi, digər hissəsi isə həbs olunaraq istintaqa təhvil verildilər. Ona görə də, C.Həsənli və digər Qərbbaşlar sussalar onlar üçün daha yaxşı olar. Danışdıqca və yanlış fikir bildirdikcə özlərini daha geniş şəkildə batırır və rüsvay edirlər.
İLHAM ƏLİYEV