PDF Oxu

Siyasət

  • 1 978

Azərbaycan Prezidentinin uğurlu siyasəti ilə ərazi bütövlüyümüz təmin olundu ŞƏRH

Azərbaycan Prezidentinin uğurlu siyasəti ilə ərazi bütövlüyümüz təmin olundu ŞƏRH

Son 20 ilin tarixi göz qabağındadı. Əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Siyasi həqiqət ən güclü reallıqdır. Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.Sabit inkişafın bünövrəsi düzgün daxili və xarici siyasətin bəhrəsidir. 1993-2003-cü illərin Hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Son 30 ilin tarixi təcrübəsi, baş verən ictimai-siyasi proseslər bir daha təsdiq edir ki, Azərbaycanda Heydər Əliyevin siyasətinə alternativ yoxdur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana çox böyük uğurlar gətirib. Bütün sahələrdə Azərbaycanda sürətli inkişaf gedir. İqtisadiyyatın ən mühüm göstəricisi olan ümumi daxili məhsulun faizi hər il artır. İnflyasiyanın səviyyəsi dünyada baş verən iqtisadi göstəricilərin nisbətinə uyğun olaraq sabit saxlanılır. Prezident İlham Əliyev 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində ötən 30 illə 20 ilin müqayisəsini edərək Azərbaycanın əldə etdiyi tarixi uğurları vurğulayıb. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Ermənistan Azərbaycan məsələsinə toxunan dövlətimizin başçısı hesab edir ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır: “Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür.Göründüyü kimi, cənab Prezident Ermənistana növbəti mesajını verib. İndi Ermənistan bundan nəticə çıxarmalıdır. Farnsa kimi ölkələrin pis niyyətlərinin təsiri altına düşməməlidir. Çünki Prezidentin bu fikiləri Ermənistan üçün həm də çıxış yoludur. Ermənistan rəhbərliyinin münasbətlərin tənzimlənməsi, sülhün əldə olunması üçün birbaşa təmaslardan başqa yol yoxdur.

Onu da deyək ki, Azərbaycan prezidentinin bu müsahibəsi Ermənistan mediasında, ümumiyyətlə, digər ölkələrin KİV-lərində də işıqlandırılıb. Belə ki, müsahibə ərəb ölkələrinin telekanalları və ən geniş oxucu kütləsinə malik olan qəzet və portallarının diqqət mərkəzində olub. Qətərin rəsmi QNA informasiya agentliyi və “Əl Cəzirə” telekanalı Azərbaycanın dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasəti ilə bağlı yer almış fikirləri ön plana çıxarıb.

Biz hər zaman haqlı olmağımızda tam əmin idik. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək.Əsas güc mənbəyi müzəffər xalqımızıdır. Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi. Əsgəri qabağa göndərən də xalqın ruhu, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər