PDF Oxu

Siyasət

  • 2 200

Şəhidlərin qanı yerdə qalmadı ŞƏRH

Şəhidlərin qanı yerdə qalmadı ŞƏRH

Biz qalib ölkənin vətəndaşıyıq, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkənin vətəndaşıyıq. Bununla da biz fəxr edirik. Fəxr edirik ki, böyük siyasətçi Heydər Əliyev məktəbini keçən İlham Əliyev kimi prezidentimiz, Ali Baş Komandanımız var.Qarabağın tam azad olunması, ərazi bütövlüyünü və suverenliyini bərpa olunması həm Azərbaycan xalqı üçün həm də bütün dünya azərabycanlılar üçün 2024-cü ilə böyük hədiyyə oldu. Hər bir qələbənin arxasında güc, birlik, prinsipiallıq, iradə və inam durur. “Dəmir yumruq” qeyd olunan xüsusiyyətləri özündə birləşdirən rəmzidir.Azərbaycan xalqın seçimi hər zaman düzgün olub. 1993-cu ildə Azərbaycan xalqı düzgün süçimi ilə, Ümummilli lider Heydər Əliyevi seçməklə qaranlıq yola işıq saçdı. 2003-cü ildə də cənab İlham Əliyevi seçməklə Azərbaycan xalqı Heydər Əliyev siyasətinə dəstək oldu.

Prezident İlham Əliyev: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.Hər iş göz qabağında idi - ölkədə cərəyan edən hadisələr, ölkənin iqtisadiyyatı, ölkədə sosial vəziyyət. Bu vəziyyətədn xalqı yalnız Heydər Əliyev siyasəti çıxara bilərdi və çıxartdı. Sonrakı 20 il isə 1993-cü ildə başlanan siyasətin davamı oldu. Uğurlu davamı oldu. 2024-cü ili suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi qeyd etdik. Böyük qürur və sevinc hissi ilə qeyd etdik. Müasir tariximizə daha bir mühüm tarix əlavə olundu - 20 sentyabr.

Biz xoşbəxt nəsilik ki, bu dövrü yaşaydıq və canlı şahidi olduq. Bir xoşbəxtik ki, Zəfəri sevincini yaşadıq.Prezident İlham Əliyev: “Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur”.8 noyabr 2020-ci il tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlı öz döğma yurdlarına qayıdır. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını, beynəlxalq hüququn norma və prinsiplərini təmin etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu.Artıq hər il 8 noyabr tarixində Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü qeyd olunur. Zəfərin üçüncü ildönümünə həsr olunan Qələbə Paradı 2023-cü ildə Xankəndində keçirilməsi azərbaycanlılar üçün qürur oldu.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Ali Baş Komandan İlham Əliyev!

Yaşasın Azərbaycan xalıq!

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə

ərazi Partiya Təşkilatının sədri

Digər xəbərlər