PDF Oxu

Siyasət

  • 2 560

Xalqımız hər zaman doğru seçim edib ŞƏRH

Xalqımız hər zaman doğru seçim edib ŞƏRH

Azərbaycan Respublikasının son 20 ili sabit iqtisadi inkişaf və həlledici siyasi addımlarla xarakterizə olunur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənəsi davam etdirilməklə yanaşı yeni reallıqlar, inkişaf imkanları nəzərə alınaraq yeni konseptual yanaşmalarla respublika bugünkü inkişafa, qələbələrə çatmışdır.

2003-cü ilin prezident seçkiləri, cənab İlham Əliyevin təbirincə desək, həlledici məqam idi. Dövlətçilik tarixində yeni vəzifələrlə yeni mərhələ başladı. Həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsi ilə Azərbaycan məqsədyönlü şəkildə hədəflərinə doğru addımladı. Hədəflər içərisində sözsüz ki, ən əsası dövlətin suveren hüquqlarının tam bərpasına çatmaq olmuşdur. 2024-cü il oktyabr ayının 15-də Xankəndidə Azərbaycan Bayrağını qaldıran Ali Baş Komandan İlham Əliyev ən ali hədəfinə çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu barədə fikirlərini paylaşdı: “Bunlar tarixi anlardır. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər.”

Göründüyü kimi, suverenliyin bərpası qətiyyətli siyasətin, həmrəyliyin təntənəsidir. Respublikanı ən ali hədəfindən yayındırmaq, mövzunu unutdurmaq cəhdləri vahid Azərbaycan xalqının və bu xalqın lideri cənab İlham Əliyevin əzmkarlığı ilə iflas etmişdir. Xankəndidə bayrağın qaldırılması dünyaya subliminal mesajdır – Azərbaycan Respublikası diktələrə tabe olmur, siyasi həqiqətləri özü yaradır.

Cəbhədə işğalçıya diz çökdürən imkanları yaradan hərbi-siyasi, iqtisadi güc asan başa gəlməyib. Eyni zamanda, 30 ildə xarabalığa çevrilən Qarabağda yeni həyatın qurulması da güclü iqtisadi potensialın hesabına baş tutur. Bu baxımdan, Qarabağda və Şərqi Zəngəzurda infrastrukturun qurulması, yaşayış binalarının tikilməsi, abidələrin bərpası ölkənin güclü iqtisadiyyaının göstəricisidir.

Məlum müsahibədə ölkə başçıımız cınab İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bütün xalqa əlçatan olacağının mesajını verdi: “Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır.” Özəl sektora yeni imkanlar təklif edən Prezident İlham Əliyev onlara çağırış etdi: “Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar.”

7 fevral-Prezident seçkiləri mühüm bir mərhələyə yekun vurmaqla yanaşı, yeni başlanğıcın da təməlini qoyacaq. Bu baxımdan, budəfəki seçki öncəkilərdən bütün suveren ərazilərimizdə keçirilməsi ilə fərqlənəcək. Yeni başlanğıc yeni imkanlar, yeni uğurlar deməkdir. Qarabağın və Şərqi Zəngəzurun ölkəmizin gücünə güc qatacağını nəzərə alsaq, yaxın gələcəkdə respublikanın iqtisadi potensialının artacağı danılmazdır.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər