Naxçıvanın 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. SİA xəbər verir ki, Azərbaycan Prezidentinin 2023-cü il 30 dekabr tarixli sərəncamının icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb.Tədbirlər planı və komitənin tərkibi təsdiq edilib.Bu gün komitənin ilk iclası keçiriləcək.