Müsabiqə yolu ilə prokurorluq orqanların qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89.1 faizini təşkil edir. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildirilib ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.Qeyd olunub ki, son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib. Onların 1097-si kişi, 106-sı isə qadındır.Hazırda onlardan 1009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir.Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 faizini təşkil edir.