PDF Oxu

Siyasət

  • 2 132

"7 fevralda keçiriləcək seçkilərin favoriti İlham Əliyevdir" - ŞƏRH EDİLDİ

"7 fevralda keçiriləcək seçkilərin favoriti İlham Əliyevdir" - ŞƏRH EDİLDİ

“7 fevralda keçiriləcək prezident seçkilərinin tək favoriti var. O da Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevdir. Amma mövcud qanunvericiliyə əsasən mütləq təbliğat işləri aparılmalıdır”. Bu barədə SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyev bildirib ki, təbliğat işləri zamanı Yeni Azərbaycan Partiyasının üzvü olaraq İlham Əliyevin daha çox iqtisadi sahədəki göstəricilərini xarakterizə edir: “İqtisadi təhlükəsizliyin təminatı, ərzaq və qida təhlükəsizliyinin təminatı, Azərbaycan ərazisindəki hərbi təhlükəsizliyin təminatı, ekoloji təhlükəsizliyin təminatı və s. kimi ən azı 12-13 istiqamətdə son 20 ildə İlham Əliyevin gördüyü işlər barədə ayrıca bir material hazırlanıb. Mən bu məsələni gündəmə gətirmək istəyirəm, çünki hələ təbliğat başlamamış Azərbaycanda iqtisadiyyatdan başı çıxmayan, o cümlədən daha çox xaricdə oturub Azərbaycana ağıl vermək istəyən “vətənpərvərlər” bəzi fikirlər irəli sürürlər. Onlara biz cavab verməsək, deyəcəklər ki, seçkilərə əhəmiyyət vermədilər. Ona görə də təbliğat mütləq lazımdır. Bütün hallarda İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. Biz qanunvericiliyə hörmət edən bir partiya kimi, eyni zamanda aparıcı partiya olaraq bu addımlarda Azərbaycan dövlətinin qəbul etdiyi qanunlara hörmət etməliyik və edəcəyik”.Politoloq bildirib ki, bütün namizədlər Azərbaycanda tanınmış adamlardır. İlham Əliyevin komandasında olan kimsə alternativlərlə bağlı mənfi fikir söyləməməlidir: “Bu Azərbaycanda demokratiyanın təzahürü, plüralizm, insanlara seçki hüququ verməklə bərabər kimləri seçmək şansı vermək deməkdir. Bütün hallarda Azərbaycanda prezident seçkiləri birmənalı şəkildə tam demokratik şəraitdə keçiriləcək. Bizim heçnəyi saxtalaşdırmağa ehtiyacımız yoxdur. Bütün hallarda biz təbliğatımızı davam etdirməliyik”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər