Dahilərin belə bir aforizmini oxumuşdum, “əgər it sənə hürürsə, deməli, onu kənardan yemləyən var”. Haqlı və əsaslı aforizmdi. O mənada ki, itə şərait yaradırsan, imkanlar qurursan, ancaq kənar bir qida qəbul edincə, sənə hürməyə başlayır. Belə götürəndə cəmiyyətimizdə də kifayət qədər itsayağı xasiyyətə malik ünsürlər var. Dağıdıcı müxalif məxluqların davranışlarına və hərəkətlərinə nəzər yetirsək, qeyd olunan aforizmin dahiyanə kəlam olduğu bir daha aydın olur. Fikir verin, Azərbaycanda doğulub, boya-başa çatıblar, həyata keçirilən sosial-iqtisadi siyasətdən bəhrələniblər, yaradılan demokratik şəraitdən istifadə etməklə özlərinə siyasi təşkilatlar yaradıblar, bütün bunlara görə dövlətə minnətdarlıq etməkdənsə, əks mövqe nümayiş etdirirlər. Nədən ki, xarici maraqlı dairələrdən maddi və mənəvi dəstək əldə edirlər. Ona görə ki, məkrli anti-Azərbaycan şəbəkələr onlara şirnikləndirici vədlər veriblər. Yəni çirkli pullar və qərəzli proqramlar dağıdıcı müxalifləri xalqın və dövlətin maraqlarına qarşı çıxmağa həvəsləndirib. Necə ola bilər ki, azərbaycanlı olasan 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsinə sevinməyəsən? Elə bir azərbaycanlı ola bilərmi, Xankəndidə, Ağdərədə, Xocalıda, Şuşada, Ağdamda və digər işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağımızın dalğalanmasından qürur hissi keçirib, fərəhlənməyəsən? Təəssüf ki, aramızda erməni dığaları kimi böyük qələbəmizdən və qələbədən sonra yaşanan sevinc hissindən qəm-qüssəyə qərq olub, böyük sarsıntı içində var-gəl edən soydaşlarımız var. AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin, Milli Şuranın üzvləri Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun və digərlərinin Azərbaycan dövlətinə qarşı düşmən mövqe sərgiləmələri onların erməni kökənli olmalarına heç bir şübhə yeri qoymur. Bu azmış kimi, bu qürurlu anlarda dağıdıcı müxalifət düşmən mövqedə dayanıb, xalqımızın milli ruhuna kölgə salmağa xidmət edən açıqlamalar verir, statuslar paylaşırlar.
Fuad Qəhrəmanlı baş trolluğa iddialıdır
Elə məqamlar olur ki, dağıdıcı müxalifətin tör-töküntüdən ibarət olan ünsürləri açıq şəkildə bağlı olduqları şəbəkənin hədəflərini ortaya qoyurlar. Daha çox bu kimi amillər Qərbin və ABŞ-ın qaranlıq dairələrini müdafiə etməklə nümayiş etdirirlər. Yəni, ermənipərəst dairələrin siyasəti Azərbaycan dövləti tərəfindən tənqid olunduqda və ya iradlar bildirildikdə müxalif trol dəstəsi hay-küy qaldırıb, xarici ağalarının müdafiəçisi rolunda çıxış edirlər. AXCP sədr müavini Fuad Qəhrəmanlı paylaşdığı statusunda cəfəng illüziyalar ortaya qoyaraq, sayıqlayır: “Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin Qafqaz üzrə təmsilçisi Lui Bonon Ermənistandan sonra Bakıya gəlməli idi. Onun səfərinin məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünə hazırlıq işlərinə yekun vurmaq idi. Ancaq onu Bakıda qəbul etməkdən imtina etdilər. Bununla da Azərbaycan hakimiyyəti Dövlət katibinin köməkçisi Obrayanın məlum səfərinin nəticələrini şübhə altına almış oldu”.
F.Qəhrəmanlının dilindən xarici anti-Azərbaycan şəbəkə daha bir narahatlığını ifadə etmiş olur: “Bu günlərdə ABŞ-n Bakıya gəlmiş səfiri Libbi də bir qədər gözlədikdən sonra etimadnaməsininin dövlət başçısı tərəfindən qəbul edilməməsinə görə ölkəni tərk edib geriyə qayıtmalı olub. Azərbaycanı Qərblə üz üzə qoymağa sürükləyən bu cür addımlar indiki halda daha çox Rusiyanı məmnun etməyə xidmət edir”.
Əli Kərimli xarici qaranlıq dairələrin sözçüsü rolunda çıxış edir
Baş trol olmağa iddialı F.Qəhrəmanlının paylaşdığı statusdan belə anlaşılır ki, xarici məkrli şəbəkə Azərbaycan dövlətinin prinsipial və qətiyyətli siyasətindən ciddi narahatdır. Bunu Əli Kərimlinin və trol dəstəsinin açıqladığı cəfəng fikirlərlə də ortaya qoyurlar. Həm də trollar vasitəsi ilə özlərini müdafiə etməyə çalışırlar. F.Qəhrəmanlı növbəti statusunda bu məsələni də açıq şəkildə nümayiş etdirir: “Bu gün iqtidar yeni geosiyasi reallıqlar və tələblər qarşısında aydın cavablar vermək, konkret addımlar atmaq əvəzinə, Qərbi oyalamaq, vaxt qazanmaq taktikasını seçib. ABŞ Dövlət katibinin köməkçisi Obrayanın Bakıya səfəri zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünə razılıq verilsə də, indi məlum olur ki, Bakı bu məsələdə verdiyi sözü yerinə yetirmək istəmir”.
Əli Kərimlinin və trol dəstəsinin paylaşdıqları bu kimi statuslarla özlərini ifşa etmiş olurlar. Məlum olur ki, bu məxluqlar ABŞ-ın və Avropanın qaranlıq dairələrinə bağlı məxluqlardır. Yoxsa başlarından böyük siyasi proseslərdən və baş verənlərdən niyə danışırlar ki? Hələ də qanmırlar ki, özlərini kimə və neçəyə satırlarsa özləri bilərlər, ancaq Azərbaycan dövlətinin apardığı düzgün və əsaslı siyasət dəyişməzdir. Yaxşı münasibətə yaxşı cavab, pis yanaşmaya eyni adekvat cavab Azərbaycanın dövlətinin və xalqının dəyişməz mövqeyi və siyasətidir.
İLHAM ƏLİYEV