PDF Oxu

Siyasət

  • 1 697

Müdafiə sənayesinə qoyulacaq investisiya artırılacaq ŞƏRH

Müdafiə sənayesinə qoyulacaq investisiya artırılacaq ŞƏRH

Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində respublika ərazisində separatizmə birdəfəlik son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin konstitusiya quruluşunun tam bərpası ilə Azərbaycan inkişaf tarixinin yeni strateji mərhələsinə başlayıb. Bu gün dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin artırılması nəticəsində ölkəmizin müdafiə potensialı güclənmiş və ordumuzun maddi-texniki bazasının müasirləşməsinə imkan yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına ictimai-siyasi həyatının bütün sahələrini əhatə edən müsahibəsində müdafiə qüdrətimizin bundan sonra daha da artırılmasının zəruriliyini vurğulayaraq qeyd etdi ki, biz heç vaxt sakitləşməməliyik: "Mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq”. Bu gün Azərbaycan hərbi sənayesi böyük bir yolun astanasındadır. Sənayemizin inkişafı sayəsində hazırda ordumuz üçün silah-sursatın əhəmiyyətli hissəsini özümüz istehsal edirik.Ölkəmizdə ordu quruculuğunda aparılan islahatlar, ona ayrılan diqqət və qayğı nəticəsində silahlı birləşmələrimiz artıq dünya üzrə özünə yüksək mövqelər qət etmişdir. Məhz görülən işlərin, həyata keçirilən məqsədyönlü siyasətin sayəsində bu gün Azərbaycan Ordusu dünyada 59 ən güclü ordu sırasındadır. Üstəlik, ölkəmiz təkcə regionda deyil, bütün dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Respublikamızın iqtisadi gücü öz ordusunu nəinki yaxşı səviyyədə saxlamağa, eyni zamanda onu günü-gündən inkişaf etdirməyə imkan verir. Bu gün Azərbaycan silahlı qüvvələri regionun ən güclü ordularından birinə çevrilib. Bunun da əsas səbəbi respublikamızda ordu quruculuğuna xüsusi önəm verilməsidir. Hazırda da ordumuzun inkişafı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməkdədir. Cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət, qayğı nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı təminatdır.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər