Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar Gəncədə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti “dəyirmi masa” keçirilib. Secki-2024.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müşahidəçilik institutunun əhəmiyyəti, Ombudsmanın və təsisatın bu prosesdəki rolu barədə danışıb.O, Ombudsman təsisatı tərəfindən MSK ilə birgə paytaxt və regionlarda keçirilən maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə təşkil olunduğunu, seçki hüquqlarının və prosedurların daha aydın izah olunması məqsədi daşıdığını vurğulayıb.A.Səfixanlı, həmçinin Ombudsman təsisatının əməkdaşlarının bir qisminin seçkilərdə müstəqil olaraq müşahidəçi kimi iştirak edəcəyini diqqətə çatdırıb.Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev MSK tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində görülən işlər haqqında məlumat verib, maarifləndirmə tədbirlərinin davam etdirildiyini bildirib.Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.