“Azərbaycanda tam şəffaf və demokratik seçki mühiti var. Heç bir maneə yoxdur. Bütün namizədlər üçün də bərabər imkanlar yaradılıb. Beynəlxalq müşahidəçilər dəvət edilib. Yerli vətəndaş cəmiyyəti üzvlərinin seçkilərdə müşahidəçi olmalarına və prossesi izləmələrinə tam şərait vardır. KİV üçün bütün şərait yaradılıb. Sosial şəbəkələrdə də bu prosses şəffaf şəkildə və maneəsiz müşahidə edilir”. Bu fikirləri SİA-ya açıqlamasına SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.Baş redaktorun sözlərinə görə, xalqımız bu seçkidə də əvvəlki illərdə olduğu kimi yüksək fəallıq nümayiş etdirəcək və yenə də layiqli namizədə səs verəcəkdir: “Ən əsası odur ki, bu seçkilər ərazi bütövlüyümüzün tam bərpa olduğu dövrdə keçirilir. Azad olunmuş ərazilərimizdə bu gün səs verəcək vətəndaşlarımızın fəallığı və sevinci daha yüksək olacaq. Şuşada, Laçında, Xankəndində, Füzulidə, Ağdamda və s. seçki məntəqələrimizin yaradılması bizə qürur verir. Bunu təmin edən Ali Baş Komandan Cənab İlham Əliyevə, Ordumuzun əsgərlərinə, Qazilərimizə minnətdarlığımı bildirir, Allahdan Şəhidlərimizə rəhmət diləyirəm”.B.Quliyev əlavə edib ki, indiyədək ölkəmizdə bir çox seçki prosesi baş tutub: “Kütləvi informasiya vasitələri seçkinin təbliğatı və təşviqat prosesində əhəmiyyətli, tutarlı çəkiyə malikdir. Ölkəmizdə fəaliyyət göstərən əksər media quruluşları seçki prosesinin yerli və beynəlxalq qanunlara uyğun şəkildə işıqlandırılmasında və vətəndaşların maarifləndirilməsində əsas vasitəyə çevrilə biliblər”.