PDF Oxu

Siyasət

  • 1 827

Ravvin Zamir İsayev: “Güclü dövlət naminə seçimimizi edəcəyik”

Ravvin Zamir İsayev: “Güclü dövlət naminə seçimimizi edəcəyik”

“Bu il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində Azərbaycanın yəhudi mənşəli vətəndaşları da hər zaman olduğu kimi aktiv və fəal iştirak edəcəklər”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Azərbaycan Gürcü - Sefarad yəhudiləri dini icmasının sədri, ravvin Zamir İsayev deyib. O bildirib ki, rəhbərlik etdiyi icma növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını müsbət qarşılayır.“Bu seçkilər yalnız və yalnız Azərbaycanın inkişafına, cəmiyyətimizin, dövlətimizin daha da inkişafına öz töhfəsini verəcək”- deyə, ravvin əlavə edib.Zamir İsayev Azərbaycanın əldə etdiyi nailiyyətlərin uğurla davam etdiriləcəyinə inanır. O hesab edir ki, Azərbaycan dövləti əldə etdiyi Zəfəri, əldə etdiyi uğurları qoruyub-saxlamaq gücündədir. Bu seçkilərdə də ölkə ictimaiyyəti daha güclü dövlət naminə öz seçimini edəcək. Zamir İsayev sonda sədri olduğu icma üzvlərini seçkilərdə aktiv iştiraka səsləyib.

Digər xəbərlər