PDF Oxu

Siyasət

  • 2 965

9 saylı Binəqədi ikinci seçki dairəsində seçkilərə hazırlıq işləri uğurla davam edir

9 saylı Binəqədi ikinci seçki dairəsində seçkilərə hazırlıq işləri uğurla davam edir

Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Secki-2024.az saytının xəbərinə görə, yanvarın 22-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır.Treninqlərdə 38 məntəqədən 228 nəfərin iştirakı nəzərdə tutulub.Məşğələlərdə MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və s. ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.Qeyd edək ki, treninqlər 8 saylı Binəqədi birinci, 10 saylı Binəqədi üçüncü, 11 saylı Binəqədi- Qaradağ seçki dairələrində də keçirilir. Hazırda dairədəki seçki məntəqələrinin sayı 38-ə, seçicilərin sayı isə 50 min 424-ə bərabərdir. Seçicilərin 47,68 faizi kişilər, 52,32 faizi isə qadınlar təşkil edir. 80-100 yaşlı seçici sayı 812 nəfərdir. 100 yaşdan yuxarı bir seçici var. Fevralın 1-dən 7-nə qədər seçicilərdən 20-nin 18 yaşı tamam olacaq. Seçki günü isə 18 yaşı tamam olan seçici sayı 2 nəfərdir. Dairədə seçicilərin 3 min 148 nəfəri ilk dəfə səs verəcək. Bununla yanaşı, seçki məntəqələrinin 10-da veb kamera quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər üçün panduslar quraşdırılıb.

Digər xəbərlər