PDF Oxu

Siyasət

  • 1 562

MDB PA müşahidəçiləri Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda səsverməni izləyəcəklər

MDB PA müşahidəçiləri Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda səsverməni izləyəcəklər

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda baş tutacaq səsvermə prosesini izləyəcəklər. Secki-2024.az saytının xəbərinə görə, bu barədə MDB PA-nın sədr müavini, Demokratiyanın İnkişafının Monitorinqi Mərkəzinin rəhbəri İvan Muşketin Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunu ziyarəti zamanı qeyd olunub. O bildirib ki, görüşdə Baş Konsulluqda fəaliyyət göstərəcək seçki məntəqəsindəki səsverməni MDB PA müşahidəçilərinin monitorinq etməsi barədə razılıq əldə olunub. Vurğulanıb ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda 1030 seçici qeydiyyatdadır.

Digər xəbərlər