PDF Oxu

Siyasət

  • 3 483

20 Yanvar faciəsi beynəlxalq hüquqi riyakarlığın təzahürüdür ŞƏRH

20 Yanvar faciəsi beynəlxalq hüquqi riyakarlığın təzahürüdür ŞƏRH

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və bir neçə bölgəmizə yeridilib. Əhalimiz ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Fövqəladə vəziyyət elan edildikdən sonra 20 yanvar günü və digər günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda 25 yanvar Neftçala, 26 yanvar Lənkəranda insanlar qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, maşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. 20 Yanvar hadisələri bəşəriyyətin və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl və beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. Faciədən sonra dünya azərbaycanlıları 20 Yanvar hadisələrinin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Qanlı hadisə haqqında ilk dəfə Ümummilli lider Heydər Əliyev dünya ictimaiyyətini məlumatlandırdı. Ulu öndər özünün və ailəsinin həyatını risk altına qoyaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək faciə ilə əlaqədar xalqımıza başsağlığı vermiş və mətbuat konfransı keçirdi. Konfransda dinc əhaliyə tutduqları divanı bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmış və bu vəhşiliyə etiraz edərək Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. Daha sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində faciəyə dair sənəd qəbul olundu. 29 mart 1994-cü il tarixində “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul eedildi.34 il əvvəl baş vermiş bu qanlı faciə yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan xalqını yumruq kimi birləşdirdi. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. İllər ötdü, Azərbaycan xalqı yenidən birləşdi. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci il tarixində 44 gün ərzində haqqı bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı.Qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Hər il olduğu kimi, bu il də Şəhidlər Xiyabanı böyük izdihamla ziyarət olunur.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi ilk partiya təşkilatının sədr müavini

Digər xəbərlər