Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda ermənilərin Qarabağda “etnik təmizləmə” ilə bağlı nağıllarına sərt yanaşıb. Bu mənada Moskva, təbii ki, Qərbdən fərqli olaraq, hər şeyə daha ayıq baxır.
Belə ki, M.Zaxarova brifinqdə erməni tərəfindən dilini qaşımamağı, “etnik təmizləmə”nin konkret sübutlarını təqdim etməyi xahiş edib.
“Əgər bu cür “etnik təmizləmə”nin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, bu sənədin linkini bizə təqdim edin”,- Zaxarova qeyd edib. Bu da təbii ki, erməni tərəfini çox məyus etdi.
Rusiyalı politoloq Renat Savinin Caliber-ə bildirdiyinə görə, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın bəyanatında erməni silahlı qüvvələrinin bu məsələyə aydınlıq gətirməsinə kömək edəcək bir sıra məqamlar var. tərəf beynəlxalq orqanlara müraciətlərini təhrif etməkdə davam edir. Politoloqun şərhini oxucularımzıa təqdim edirik.
“Etnik təmizləmə” məsələsi ilə bağlı yüksək beynəlxalq orqanlara, BMT strukturlarına qədər şikayətlərinə arxalanaraq, İrəvan bir sıra mühüm halları nəzərə almır. Məhz Ermənistanın özü Azərbaycan ərazilərinin işğalçısı kimi çıxış edib və bu işğal 30 il bundan əvvəl həyata keçirilib və bütün 30 il ərzində Bakı ilə İrəvan arasında bu mövzuda danışıqlar aparılıb. İndi isə İrəvan hansısa guya “etnik təmizləmə” elan etməyə, bununla bağlı hansısa ədalət tələb etməyə və heç bir sübut təqdim etməyə başlayanda bu, yalan və ikitərəfli görünür”,- rusiyalı politoloq qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq Rusiya Qarabağda sülhməramlı kimi çıxış edəndə Ermənistan özünü qəribə və yaralı kimi aparıb və elə göstərib ki, guya Azərbaycan ərazisinin bu hissəsində yaşayan “mülki erməni əhalisini” müdafiə etmək məcburiyyətində qalıb. Amma reallıqda R.Savinin fikrincə, bunlar “mülki əhalinin özü deyil, silahlı separatçı dəstələrdir”.
“Bunlar xatırladığımız kimi, tez-tez Qarabağda izdihamlı şəkildə Rusiya sülhməramlılarına hücum edir, atışmalar, terror aktları törədir, Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edirdi. Deməli, Rusiya Ermənistanın əlinə oynamaq və onun təxribatçı siyasətinin müdafiəçisi kimi çıxış etmək istəməyib. Baxmayaraq ki, İrəvan indi də Moskva ilə münasibətlərini son həddə qədər gərginləşdirib. Sual oluna bilər ki, indi Rusiyaya belə başağrısı niyə lazımdırmı? Beləliklə, Zaxarovanın saxta “etnik təmizləmə” məsələsi ilə bağlı reaksiyası Ermənistanın bu oyununda Rusiyanın iştirak etmək istəmədiyinin bariz nümayişidir”,- rusiyalı politoloq vurğulayıb.
Onun fikrincə, Zaxarovanın sərt bəyanatı İrəvan üçün pis əlamətdir. O deyir ki, sabah Moskva başqa erməni miflərinin ifşaçısı kimi çıxış edə bilər. Belə miflərdən çox var.
“Bu mənada, mən ermənilərin yerində olsaydım, çox ciddi düşünərdim - belə açıq-aşkar əlamətləri görməməzlikdən gəlmək olmaz. İrəvanı gündən-günə gücsüzləşən bir quruma çevirən bir sıra hallar Moskvanı hədsiz dərəcədə qıcıqlandırır. Anti-Rusiya ritorikası, İrəvanın KTMT ilə əməkdaşlıqdan imtina etməsi və Rusiya üçün çox zəruri olan Zəngəzur dəhlizinin blokunu açmaq istəməməsi, əminəm ki, Kremlin mövqeyini getdikcə sərtləşdirir. Ötən gün İrəvana ünvanlanan sərt bəyanatlar da bunu göstərir. Və indiki mərhələdə Zaxarovanın İrəvana öz iddialarını sübuta yetirməyi tələb etməsi çoxlu miflərə və ya yalan sübutlara əsaslanaraq, düşünmədən erməni maraqlarını qorumaq oyununa qoşulmuş bütün Qərb ölkələri üçün yaxşı əlamətdir”, - deyə R. Savin.
Tərcümə - Elçin Bayramlı