İrəvan sülhə hazırlıq apardığı görüntüsü yaradır. "Artsax"ın əsas siyasi qüvvələri ilə əməkdaşlıqda ermənilərin kollektiv repatriasiyası və digər fundamental hüquqların müdafiəsi adı altında "komissiya"nın yaradılması da bunu deməyə əsas verir. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bu sahədə aktivləşməsi də buna başqa bir sübutdur.
Oskanyan komissiya üzvlərinin onun işini əlaqələndirmək təklifini qəbul etdiyini bildirib. “Yaxın vaxtlarda komissiyanın tərkibi formalaşan zaman qalan üzvlərin adları, eləcə də gələcək tədbirlərlə bağlı təfərrüatlar açıqlanacaq. Hazırda deyə bilərəm ki, komissiyanın əsas vəzifəsi "Artsax" xalqının kollektiv repatriasiyası və beynəlxalq təminatlarla öz vətənində təhlükəsiz və ləyaqətlə yaşamaq hüququnu qorumaq və təmin etmək olacaq. Əminəm ki, bu məsələyə baxılması və həyata keçirilməsi xalqlarımız arasında əsl sülhün bərqərar olmasına öz töhfəsini verəcəkdir".
Göründüyü kimi, ermənilər Azərbaycan torpaqlarının ilhaqını ədalətli hesab edirlər. Guya ermənilər Qarabağdan zorla köçürülüb, Bildirilir ki, belə “sabitlik” daimi ola bilməz. "Yalnız problemin balanslaşdırılmış həlli, o cümlədən "Artsax "xalqının hüquqlarının bərpası davamlı və sabit sülh gətirə bilər”, - Oskanyan Facebook-da yazıb.
V.VƏLİYEV