Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər Ağcabədi rayonunda uğurla davam edir. Secki-2024.az saytı xəbər verir ki, keçirilən treninqlərdə 85 saylı Füzuli-Ağcabədi seçki dairəsin üzrə 366 nəfər aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur.Altı gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Treninqlərə dairənin tərkibinə daxil olan 49 seçki məntəqəsindən 294 nəfər komissiya üzvü cəlb edilib. Treninq zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və suallar cavablandırılır.Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.