PDF Oxu

Siyasət

  • 1 396

Komitə sədri: “Prezident seçkiləri ölkəmizin yeni hədəflərinin müəyyən olunmasında xüsusi rol oynayacaq”

Komitə sədri: “Prezident seçkiləri ölkəmizin yeni hədəflərinin müəyyən olunmasında xüsusi rol oynayacaq”

“Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmizin yeni dövrün tələblərinə uyğun hədəflərinin müəyyən olunmasında xüsusi rol oynayacaq”. Bunu secki-2024.az saytına müsahibəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. O xatırladıb ki, Azərbaycan öz suveren əraziləri üzərində nəzarəti tam bərpa edib:“Bu, Azərbaycan dövləti və xalqı qarşısında yeni vəzifələr qoyur. Bizim əsas məqsədimiz torpaqlarımızı işğaldan azad etmək idi və bu məqsədə nail olundu. İkinci mərhələ isə azad edilmiş ərazilərimizin inkişaf etdirilməsidir.Yəni Azərbaycan artıq dünya dövlətləri arasında xüsusi bir çəkiyə malikdir və ölkəmiz qarşısında bərpa və quruculuq işlərinin daha da sürətlə aparılması kimi bir hədəf dayanır. Eyni zamanda Azərbaycanı dünyaya inkişaf etmiş ölkə kimi təqdim etmək mərhələsi başlayır.Prezident seçkilərinin keçirilməsi də zəfər düşüncəli insanlarımızın özlərini bu seçkilərdə ifadə etməsi və seçkilərin ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutuması qürurverici hadisədir”.Komitə sədri vurğulayıb ki, Azərbaycanda bundan sonra parlament, bələdiyyə seçkiləri də ölkənin bütün ərazisində keçiriləcək:“Ancaq ilkin olaraq prezident seçkilərinin keçirilməsi daha vacib idi. Eyni zamanda Azərbaycanda COP29-un keçirilməsi prezident seçkilərinə tamam başqa özəllik verir. Çünki COP29 dünyada iştirakçı baxımından ən böyük tədbirdir. Bu onu göstərir ki, Azərbaycan təhlükəsiz, inkişaf etməkdə olan bir ölkə kimi dünya tarixində indiyə qədər olmadığı qədər inkişaf edib”.

Digər xəbərlər