PDF Oxu

Siyasət

  • 1 590

"Uğurları saymaqla bitməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Uğurları saymaqla bitməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyev 2003-cü ildə prezident seçilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib. Onun sözlərinə görə, Prezident andiçmə mərasimində çox maraqlı nitq söyləmişdi: "Əsas tezislərə baxsaq, iki məsələni xüsusi vurğulamışdı: "Mən bütün azərbaycanlıların prezidenti olacağam. Qarabağ münaqişəsini həll edəcəyəm". Bu gün İlham Əliyev bütün dünya azərbaycanlılarının milli lideridir, bunu da göstərdi. Qürur mənbəyidir. Digər məsələ - Qarabağ konflikti məsələsi İlham Əliyevin Ali Baş Komandanlığı qətiyyəti və siyasətində ordumuzun qəhrəmanlığında həll olundu. Azərbaycan artıq dövlət suverenliyini bərpa etmiş ölkədir. Dünyada kifayət qədər illərlə uzanıb gələn dondurulmuş münaqişələr mövcuddur. Elə ölkələrdə münaqişələr var ki, Azərbaycandan ərazi və əhali sayına görə dəfələrlə böyük ölkələrdir. Azərbaycan yeganə ölkə oldu ki, münaqişəni həll etdi və dövlətin gücünü göstərdi, xalqını qürurlandırdı"."Prezident İlham Əliyevin dövründə Azərbaycan gənclərinin vətənpərvər ruhda böyüməsi üçün çox vacib işlər görüldü, dövlət proqramları qəbul edildi, təhsil, səhiyyə, iqtisadiyyat, hərbi sahəsində Azərbaycan böyük, yeni addımlar atdı. Bu gün Azərbaycan dünyanın diqqətində olan, sürətlə inkişaf edən ölkədir. Azərbaycan dünyada humanitar dəyərlərin platforması olan ölkədir. Qoşulmama Hərəkatının üzvü, Prezident İlham Əliyev onun sədri kimi dünya birliyi üçün çox böyük töhfələr verir. Prezident İlham Əliyev 20 il ərzində bir çox ölkələrin 70-100 il ərzində keçmədiyi inkişaf yolunu keçmiş oldu. Bütün bunlar deməyə əsas verir ki, İlham Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış müzəffər Ali Baş Komandan adını qazanıb. Bir fateh, sərkərdə kimi Azərbaycan tarixinə, ədəbiyyat, siyasətinə həkk olunur, min illər də keçsə belə bir Azərbaycan oğlu, sərkərdəsinin olduğunu hamı biləcək. Bunlar 20 illik uğurların bir qismidir. Uğurları saymaqla bitməz. Qarşıda görüləcək işlər var. Bunun üçün də yeni çağırışlara hazır olan azərbaycanlılar, bu yolla inamla irəliləyən Azərbaycan və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında düşünürük ki, hələ ölkəmizin qarşısında yeni hədəflərə doğru böyük uğur və nailiyyətlər olacaq" - deyə deputat əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər