Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində parlaq qələbəsini həzm edə bilməyən bəzi ermənipərəst dairələr, xüsusilə də, Fransa Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına süni əngəllər yaratmağa cəhd edir. Hətta Ermənistana açıq dəstək göstərdiklərini nümayiş etdirən anormal qətnamələr qəbul edir, açıqlamalar verir, müraciətlər ünvanlayırlar. Bu xüsusda Almaniya və Fransanın hegemonluq etdikləri Avropa İttifaqı da digərlərindən geri qalmadığını nümayiş etdirir. Bu günlər Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stanonun dəxli olmayan məsələdən danışıb, cəfəng fikirlər ifadə etməsi qurumun Azərbaycana qarşı qərəzli münasibətinin yeni mərhələyə keçdiyindən xəbər verir: “Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir”. Görən bu gerizəkalı anlayırmı tarixdə heç zaman Ermənistan adlı nəinki dövlət heç icma olmayıb? Başa düşürmi, indiki Ermənistan dövləti tarixi Azərbaycan dövlətinin ərazisi üzərində yaradılıb? 30 il ərzində Azərbaycanın 20 faiz ərazisinin işğalı, şəhər və kəndlərinin dağıdılması, yüz minlərlə insanın ev-eşiyindən qovulması və soyqırıma məruz qalması v. s. - Aİ bununla bağlı “narahatlıq” ifadə edibmi? İndi isə hansısa mifik “ərazi bütövlüyünün pozulmasından” danışırlar. Ermənistan konstitusiyasında Qarabağa qarşı iddia hələ də qalır. Aİ bunu bilirmi?
Avropa İttifaqının başbilənləri yeni-yeni “nayomnik”lərini Azərbaycana qarşı səfərbər edirlər
Bu gün Qərbi Azərbaycanlılar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmir, çünki Ermənistanın hakim rejimi min bir hiylə yaradır. Bu erməni keşişlərinin əlinin altında qəpik-quruşa klounluk edən məxluq real dağıntılar, real işğal, real deportasiya və soyqırımı görməyib “mifik” təhdidlərə görə Azərbaycana “xəbərdarlıq” edir. Bu, ikili standartlar siyasəti və “səlibçilərin” fəlsəfəsi – azərbaycanlılar onlar üçün maraqlı deyil, xristian ermənilərin bütün cinayətlərinə isə göz yumulur. Açıqladıqları qərəzli fikirlərə, yersiz açıqlamalara görə üzr istəməkdənsə Avropa İttifaqının başbilənləri yeni-yeni “nayomnik”lərini Azərbaycana qarşı səfərbər edir. Bu dəfə meydana Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonu çıxarıblar. Bu məxluqda digər həmfikriləri kimi təqdim edilən tezislər əsasında Azərbaycana qarşı cəfəng ittihamlar səsləndirir: “Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər məni dəhşətə gətirdi”.
Əli Kərimli ilə Peter Mixalkonu eyni maraqlar birləşdirir
Bu Peter Mixalkodur ki, Azərbaycanda olduğu müddətdə işi, fəaliyyəti ancaq dağıdıcı müxalifətlə iş birliyinə getmək və onlara öz təlimatlarını çatdırmaq olub. Dəfələrlə onun AXCP sədri Əli Kərimli, Real partiyasının sədri İlqar Məmmədov, Milli Şuranın rəhbəri Cəmil Həsənli ilə gizli görüşləri və danışıqları olub. Növbəti görüş yanvarın 19-da Ə.Kərimli ilə Peter Mixalko arasında ikincinin ofisində keçirilib. Görüşün detalları barədə açıqlamalar verilməsə də aydın məsələdir ki, Azərbaycanın maraqlarına cavab verə biləcək müzakirələrin aparılması mümkünsüzdür. Çünki onların əvvəlki birgə fəaliyyətləri və son günlər eyni nağılları ifadə etmələri də bunu deməyə əsas verir. Fikir verin, P.Mixalko məlum cinayət əməllərinə görə həbs edilən AbzadMedianın jurnalistləri Sevinc Vaqifqızı Nərgiz Absalamova və Elnarə Qasımovanın məhkəmə prosesi haqqında həqiqətə uyğun olmayan məlumat yaymasının ardınca, dərhal Ə.Kərimli dəstək xarakterli statuslar paylaşdı, S.Osmanqızının TV-sinə açıqlamalar verdi: “AbzadMedianın jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova hədəf seçilib. Onların üçü də şərlənib, üçü də cəsur və dürüstdür. Onlar həbsdən yayına bilərdilər. Ancaq Sevinc Vaqifqızı həbs olunacağını bilə-bilə ölkəyə qayıtdı və həbs olundu. Nərgiz Absalamova dostlarına, rəfiqələrinə qarşı saxta üzə duranlıqdan imtina edərək həbsi şüurlu seçdi. Elnarə Qasımova iş yoldaşlarının həbs olunduğunu bildiyi halda onu demək olar ki, təkbaşına yaşadırdı və həbs olundu”.
Ə.Kərimlinin, P.Mixalkonun və digər trolların hay-küyü, vay-şüvənləri, sadəcə, boşboğazlıqdan başqa bir şey deyil
Söz yox ki, istər P.Mixalko, istərsə də Ə.Kərimli məqsədli şəkildə ictimai rəyi çaşdırmağa çalışırlar. Lakin Azərbaycan hüquqi, demokratik dövlətdir. Hər bir kəsin, o cümlədən jurnalistlərin hüquq və azadlıqları qanunla qorunur. Təbii ki, qanundankənar addımlar atanlar elə qanunlar çərçivəsində cəzalanırlar. Elə sözügedən jurnalist qadınlarda qanundankənar işlərlə məşğul olduqları üçün həbs ediliblər. Onlar haqqında külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri “Abzas Media” xəbər portalının rəhbərliyinə “demokratik inkişafa dəstək vermək” adı altında böyük məbləğdə pullar ödəyiblər. Aldıqları pulları məbləği barədə mətbuatda kifayət qədər məlumatlar dərc olunub. Yenidən təkrarlayıb əlavə sözçülüyə yol verməyi yersiz hesab edirik. Sadəcə onu vurğulamaq lazımdır ki, cinayət varsa bu cinayətə hüquqi qiymət vermək hərbi dövlətin məhkəmə-hüquqi sisteminin borcudur. Bu baxımdan Ə.Kərimlinin, P.Mixalkonun və digər trolların hay-küyü, vay-şüvənləri sadəcə boşboğazlıqdan başqa bir şey deyil. Təzyiq və təhdidlə Azərbaycanda nəyəsə nail olmaq və ya nəyi isə diktə etmək mümkünsüzdür.
İLHAM ƏLİYEV