PDF Oxu

Siyasət

  • 2 492

“20 Yanvar yeni bir dövrün başlanğıcı idi” - ŞƏRH EDİLDİ

“20 Yanvar yeni bir dövrün başlanğıcı idi” - ŞƏRH EDİLDİ

“Azərbaycan xalqı 20 Yanvar faciəsini hər zaman anır və 20 Yanvar tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, 20 Yanvar şəhidlərimizin xatirəsi bizim üçün əzizdir və xalqımız həmin hadisədən 34 il keçməsinə baxmayaraq, hər zaman şəhidlərimizi ehtiramla anır, unutmur: “Azərbaycan müstəqilliyində, ərazi bütövlüyü və suverenliyinin bərpasında şəhidlərimizin xüsusi rolu var. Vətən uğrunda canından keçmiş hər bir vətəndaşımızın ruhunu hər zaman ehtiramla anırıq. 20 Yanvar nəinki Azərbaycan, bütövlükdə həmin coğrafiyada yeni bir dövrün başlanğıcı idi. Baş verənlər artıq insanların, dinc əhalinin Sovet rejiminə qarşı etirazı göstəricisi idi.Biz artıq 20 Yanvarı ərazi bütövlüyümüzün təmin olunduğu bir dövrdə anırıq. Bu da ondan xəbər verir ki, 20 Yanvar şəhidlərimizin ruhları şaddır. Çünki onların görmək istədiyi ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycan var”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər