"BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması Azərbaycanın çox böyük nüfuzundan xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.Deputat bildirib ki, bu, təkcə ekoloji problemlərin həlli deyil: "İqlim dəyişikliklərinin ətraf mühitə vurduğu ziyan böyük problemdir. Dünyanı təhdid edən bu problemin aradan qaldırılması, həll yollarının axtarılması, bunun üçün dünyanın birlik nümayiş etdirməsi, müzakirələrin keçirilməsi üçün Azərbaycana ev sahibliyinin həvalə olunması böyük nüfuz deməkdir. COP29-un Azerbaycanda keçirilməsi haqqında qərar bir neçə gün ərzində baş verdi. BMT-nin ən böyük qlobal tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin təbliğinin, inkişafının dünyaya nümayiş olunmasıdır. Təhlükəsizlik tədbirləri üçün Azərbaycanın həmişə ədalətli olduğu, təbiətin xilası üçün ekoloji tarazlığın qorunmasına lazımi addımların atılmasına sadiqliyini nümayiş etdirir. Azərbaycanın nüfuzundan xəbər verən bu tədbirin ölkəmizdə keçirilməsi cənab Prezidentimizin illər boyu apardığı uğurlu siyasətin nəticəsidir. Prezidentimiz dünya xəritəsində zərrə qədər görünən Azərbaycanı dünyanın özü qədər böyüdüb. Bu kimi qlobal tədbirlərin ölkəmizə ev sahibliyi etməsinə etimad göstərilməsi xalq və dövlətimizin böyük qələbəsidir. Gələcək üçün xalqımıza uğurlar arzu edirəm. Azərbaycan daim inkişaf edir. Cənab Prezidentimizin Azərbaycanın inkişafı üçün atdığı addımlar 7 fevralda keçiriləcək prezident seçkilərində yeni dövrün başlanğıcı üçün töhfə olacaq. Qədirbilən xalqımız Prezidentimizin daim yanındadır. Bu günlərdə ictimai-siyasi xadim kimi seçki kampaniyası üçün rayonlarda olub insanlarla görüşürük. Bu məsələlərin əhəmiyyətinin nə qədər böyük olduğunu insanlara çatdırırıq. Bu, Azərbaycanda keçirilən hansısa tədbir deyil, Azərbaycanın bu qədər nəhəng tədbirə ev sahibliyi edə bilməsi üçün inkişaf edən dövlət olduğunu göstərir"."İqlim dəyişikliklərinin əsas səbəblərindən biri artıq yanacağın artması ilə tullanması, bu sahədə nizamsız olan proseslərin nəticəsində atmosferin korlanmasıdır. Bu, planetimizin ekologiya, fauna və florasının çirklənməsinə, xəstəliklərin artmasına səbəb olur və bəşəriyyətin məhvinə gətirib çıxarır. Azərbaycan həmişə ekoloji təmizliyin qorunmasına sadiqliyini nümayiş etdirib. COP29-un qəbul etdiyi qərarlardan ilk faydalanan da ev sahibi kimi Azərbaycan olacaq. Hesab edirəm ki, tədbirin ən əhəmiyyətli hissəsindən biri də bu olacaq" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə