PDF Oxu

Siyasət

  • 1 729

Yasamal rayonunda 20 Yanvar faciəsinin il dönümünə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yasamal rayonunda 20 Yanvar faciəsinin il dönümünə həsr olunmuş tədbir keçirilib FOTOLAR

YAP Yasamal rayon təşkilatı və “Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə 20 Yanvar-Ümumxalq Hüzn Gününün 34-cü il dönümünə əhsr olunmuş tədbir keçirilib.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 53 nömrəli tam orta məktəbin direktoru, “Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkialtının sədri Tünzalə Zeynalova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin professoru Nuru Məmmədov, ərazi partiya təşkilatının üzvləri, partiya fəalları və şagirdlər iştirak edib.Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.53 nömrəli tam orta məktəbin direktoru, “Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkialtının sədri Tünzalə Zeynalova tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, milli məfkurənin inkişafına təkan vermiş hadisələrdən olan 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq otuz dörd il keçir. Keçmiş Sovet İttifaqının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi ki, bu, öz növbəsində, Ümummilli Liderin siyasi iradəsinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin hələ Naxçıvan Ali Sovetinin Sədri olan zaman onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində Müzəffər ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin eləcə də, 20 yanvar faciəsi şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı, Azərbaycan misilsiz tarixi qələbə qazandı. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində digər həssas qruplar kimi, həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsi ildən-ilə daha da gücləndirilib.

Sonra çıxış edənlər- AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin professoru Nuru Məmmədov qeyd ediblər ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar facisəindən artıq 34 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra onun təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Sonda qeyd olunub ki, Azərbaycan xalqı 20 yanvar faciəsinin qurbanlarını unutmur. Şəhidlər Xiyabanı azadlıq qurbanlarının xatirəsinə əbədi ehtiramın ifadəsidir. Lakin 20 Yanvar faciəsində şəhid olanların xatirəsinin ən böyük abidəsi isə heç şübhəsiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbədir.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Digər xəbərlər