"Azərbaycanın tamhüquqlu vətəndaşı kimi ilk dəfə səsvermədə iştirak edəcəyəm. Bu mənada 7 fevral prezident seçkisi həyatımızda əvəvzedilməz iz buraxacaq”. Bunu secki-2024.az saytına açıqlamasında ilk dəfə səsvermə hüququ qazanmış Roza Əhmədova deyib.Gənc seçici 7 fevral seçkilərində səsvermə hüququ qazanmasının onda xoş ovqat formalaşdırdığını vurğulayıb: "Çox xoşbəxtəm ki, seçici kimi ilk səsvermə hüququmdan məhz 7 fevralda - Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək seçkilərdə istifadə edəcəyəm. Bu, xüsusi bir qürur, xüsusi bir ovqat yaradır. Bir Azərbaycan gənci olaraq öz azad seçimimizi edəcəyik. Televiziya kanallarında efirə verilən seçki maarifləndirməsi proqramlarını izləyirəm. Təlimatlarla tanış oluram. Səsvermə prosesi, seçki hüququ ilə bağlı materialları oxuyuram. Yaşadığım ərazidə yerləşən məntəqə seçki komissiyasının seçici siyahısında adımı öncədən yoxlamışam. Böyük sevinc hissi ilə seçki gününü gözləyirəm".