PDF Oxu

Siyasət

  • 2 959

Gənc seçici: “İlk dəfə səs verəcəyim üçün çox sevincliyəm”

Gənc seçici: “İlk dəfə səs verəcəyim üçün çox sevincliyəm”

“Həm həyəcanlı, həm də sevincliyəm, çünki fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcəyəm”.Secki-2024.az saytı xəbər verir ki, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin vokal sənəti ixtisası üzrə III kurs tələbəsi Allahverən Hüseynzadə söyləyib.Hazırda 18 yaşı olduğunu bildirən tələbə deyib: “İlk dəfə seçkidə səs vermə hüququnu qazanmış bir gənc kimi çox sevincli və həyəcanlıyam. Ona görə ki, Azərbaycanın ən layiqli namizədinə səs verəcəyəm. Bu hadisə həyatımın ən yaddaqalan günlərindən biri olacaq”.Allahverən Hüseynzadə fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində hər kəsi məntəqələrə gedib səsvermə hüququndan istifadə etməyə çağırıb.

Digər xəbərlər