PDF Oxu

Siyasət

  • 2 031

Əli Kərimlinin 20 yanvar avantürası baş tutmadı ANALİZ

Əli Kərimlinin 20 yanvar avantürası baş tutmadı ANALİZ

İnsanın qəlbi daşdan, dəmirdən ola ki, milli faciələrdən, fəlakətlərdən öz şəxsi mənafeyi üçün, xüsusilə də, siyasi divident əldə etmək məqsədi ilə istifadə etsin. Təbii ki, belə daşlaşmış şəxslərə azərbaycanlı demək və damarında milli varlığımızı özündə əks etdirən qanın dövr etdiyini söyləmək mümkünsüzdür. Belələrinə adam demək, insan olduğunu söyləməkdə bəşər övladlarının haqlarını girmək deməkdir. Təəssüflər olsun ki, cəmiyyətimizdə hələ də özlərini siyasətçi kimi təqdim edib fəaliyyət göstərən siyasi partiya yetkililəri var. Onlara qarşı hələ də hüquq-mühafizə orqanlarının humanist davranması və əməllərinə qarşı hüquqi tədbirlər görməməsi həmin siyasətçilərin daha geniş formada əl qol atmalarına gətirib çıxarıb. Fikir verin, AXCP, Müsavat, Milli Şura funksionerləri hər fürsətdən yararlanmağa çalışırlar. Elə ki, insanların gur olduğu tədbirlər oldu və ya yığıncaqlar təşkil edildi, dərhal ondan siyasi maraqlarının istifadə edilməsi üçün müxtəlif şoular yaradır, məzhəkələr qururlar. Onlar üçün fərq etmir tədbir və ya yığıncaq hansı məqsədlə təşkil olunub. Yəni ümumxalq hüzn günü olsa belə, nəzərdə tutduqları məkrli planlarını reallaşdırmağa çalışırlar. Bu kimi davranışlar həm də onu təsdiq edir ki, milli-mənəvi dəyərlərə hörmətsizlik onlar üçün adi haldır.

İctimaiyyət dağıdıcı müxalifətin pozucu əməllərinə etiraz etsə də...

Dəfələrlə ictimaiyyət dağıdıcı müxalifətin pozucu əməllərinə etiraz etsələr də, nəticəsi olmayıb. Yenə də Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri ictimai maraqlarımıza qarşı olan fəaliyyətlərini davam etdiriblər. Hər il Xocalı soyqırımı və 20 yanvar faciəsi günlərində Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı təxribatlar törətməyə çalışıblar. Bu il də eyni pozucu əməllərini həyata keçirməyə cəhd etdilər. Ə.Kərimli başının trol dəstəsi ilə 20 yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanında aksiya keçirməyə cəhd etməklə bir daha məkrli qaranlıq məqsədlərə xidmət göstərdiyini nümayiş etdirdi. Hüzn günündə bayraqlarla izdihamın arasına daxil olmağa nə ehtiyac var? Nəyə görə Ə.Kərimli və ətrafında olanlar sıra ilə ziyarəti yerinə yetirməyə maraq göstərmədilər? Təbii ki, bu sualların bir cavabı var, nə yolla olursa-olsun təxribatlar törətmək, ətrafda olanların diqqət mərkəzinə çevrilmək, mətbuatın gündəminə çevrilmək.

Təxribat planlı şəkildə təşkil olunub

Hər bir ölkə vətəndaşı Şəhidlər Xiyabanını ziyarət etməyi özünə mənəvi borc bilir. Bu baxımdan, hüzn günlərində sıra ilə, təhlükəsizliyi təmin edən polisin müəyyənləşdirdiyi xətlə hərəkət edib, ziyarətlərini həyata keçirirlər. Kiməsə Şəhidlər Xiyabanını ziyarət edərkən mane olunmayıblar. Əksinə, ən yüksək şərait və imkanlar yaradılıb. Ə.Kərimli və trol dəstəsi sıxlıq yaranmaması üçün əməli tədbirlər görən polisin qanunu tələblərinə riayət etməkdən imtina edib. Əli Kərimlinin rəhbərliyi ilə təlimatlandırılmış cəbhəçilər əllərində bayraqlar və müxtəlif şüarlar səsləndirməklə izdihamın arasına daxil olub hərəkət etməyə cəhd ediblər. Söz yox ki, bu hal ziyarətçilərə hörmətsizlikdir, həm də təhlükəsizlik qaydalarına ziddir. Əgər yürüş keçirmək istəyirdisə, o zaman Ə.Kərimli onu başqa vaxtı, başqa yerdə keçirə bilərdi. Ə.Kərimli isə bu qaydaları nəzərə almadan bayraqlarla Şəhid Xiyabanına yürüş təşkil edib. Haqlı olaraq polis bunun qarşısını alıb. Həngamə və vay-şüvən bundan sonra başlayıb. Ə.Kərimli və trol dəstəsi sosial şəbəkələrdə hay-küy qaldırıb iddia edirlər ki, guya onlara ziyarət etməyə maneçiliklər törədilib. Hətta Sevinc Osmanqızının TV-sinə müsahibə verən Ə.Kərimli məsələ ilə bağlı xaricdəki dostlarını məlumatlandırdığını bildirib. “Dostları məlumatlandırılıb” deyərkən, təbii ki, Ə.Kərimli Avropadakı və ABŞ-dakı maddi və mənəvi dəstək aldıqları himayədarlarını nəzərdə tutur. Bu yerdə sual etmək lazımdır, Ə.Kərimli Fransa Senatı Azərbaycan haqqında qərəzli, erməni lobbisinin maraqlarını ifadə edən qətnamə qəbul etdi, siz buna etiraz etdinizmi? Yaxud Fransa Senatının qərarını tənqid edən açıqlama ilə çıxış etdinizmi? Fakt budur ki, Ə.Kərimli cəsarət nümunəsi ortaya qoya bilməyib. Çünki qorxub. Qorxub ki, etiraz etsə, pulu kəsilər, dəstəkdən və himayə olunmaqdan məhrum etdilər. Bunun fonunda Şəhidlər Xiyabanında düzənlədiyi təxribatını özünəməxsus şəkildə tərtib edib, xaricdəki dostları vasitəsi ilə yaymağa çalışır. Bu yerdə deyiblər, “Həyasız və riyakar adamı islah etmək çətin olduğu qədər mümkünsüzdür”.

İLHAM ƏLİYEV

Digər xəbərlər