PDF Oxu

Siyasət

  • 2 470

114 saylı Şəki şəhər seçki dairəsi üzrə 4261 gənc ilk dəfə səs verəcək

114 saylı Şəki şəhər seçki dairəsi üzrə 4261 gənc ilk dəfə səs verəcək

Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq çərçivəsində 114 saylı Şəki şəhər seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb. Secki-2024.az saytı xəbər verir ki, treninqlərə seçki dairəsi üzrə 44 seçki məntəqəsinin 264 nəfər komissiya üzvü cəlb olunub.114 saylı Şəki şəhər seçki dairəsində seminar-treninqlərin sonuncu günü –keçirilən məşğələlərdə 10 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri iştirak ediblər. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.Qeyd edək ki, son seçici siyahılarına əsasən 114 saylı Şəki şəhər seçki dairəsi üzrə seçicilərin ümumi sayı 53 min 286 nəfərdir. Onlardan 957 nəfəri 80-100 yaş arasındadır. 4261 gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək.

Digər xəbərlər