“Geosiyasi təlatümlər, qlobal qeyri-sabitlik və beynəlxalq təhlükəsizlik sistemindəki böhran şəraitində dinc, rəqabətli və demokratik prezident seçkilərinin keçirilməsi Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir”. Bunu secki-2024.az saytına açıqlamasında Qırğız Respublikasından olan politoloq, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru Bakıtbek Jumaqulov deyib.O, həmçinin əminliyini bildirib ki, Azərbaycan Respublikası bu seçkilərdən sonra yeni regional təşkilatın - Türk Dövlətləri Təşkilatının inkişafına öz mühüm töhfələrini verəcək: “Prezident seçkilərinin dinc, rəqabətli və demokratik şəraitdə keçirilməsi və Azərbaycanın sabit inkişafı təkcə Cənubi Qafqaz və Xəzər regionu ölkələri üçün deyil, bütün Avrasiya regionu üçün vacibdir”.Bakıtbek Jumaqulov vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən olan seçicilərin prezident seçkilərində iştirakı, namizədlərin genişmiqyaslı təşviqat kampaniyasının aparılması, bu ərazilərdə seçki komissiyalarının və dövlət orqanlarının fəaliyyəti Azərbaycan vətəndaşları üçün çox mühüm hadisə olacaq.