PDF Oxu

Siyasət

  • 2 166

Diaspor rəhbəri: “ABŞ-dakı vətəndaşlarımızın 7 fevralda yüksək fəallıq göstərəcəklərini proqnozlaşdırırıq”

Diaspor rəhbəri: “ABŞ-dakı vətəndaşlarımızın 7 fevralda yüksək fəallıq göstərəcəklərini proqnozlaşdırırıq”

“ABŞ-da yaşayan Azərbaycan vətəndaşları 7 fevral prezident seçkilərində Vaşinqton şəhərində səfirliyimizin binasında, həmçinin, Kaliforniyanın Los-Anceles şəhərindəki konsulluq binasında səs verəcəklər. Səfirliyimiz ABŞ-dakı vətəndaşlarımızı seçkilərlə bağlı məlumatlandırır”. Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Amerika Qadın Assosiasiyasının sədri Minəvvər Vahabova deyib.Diaspor təşkilatının rəhbəri qeyd edib ki, seçkilərdə iştirak edəcək ABŞ-dakı Azərbaycan vətəndaşlarının qeydiyyatı aparılıb:“Nyu-Yorkda yaşayan azərbaycanlılar Vaşinqtonda səfirliyimizin binasında səs verəcəklər. Biz bütün seçkilərdə fəal iştirak edərək, vətəndaşlıq borcumuzu yerinə yetirmişik. Diaspor rəhbəri olaraq, soydaşlarımızın 7 fevral prezident seçkilərində də fəal iştirak etməsinə çalışırıq. Səfirliyimiz və konsulluğumuz da seçkilərlə bağlı maarifləndirmə işini həyata keçirir. Ümid edirəm ki, ABŞ-ın qərb və şərq sahillərində yaşayan Azərbaycan vətəndaşları seçki günü Vaşinqton və Los-Anceles şəhərində qurulmuş seçki məntəqələrinə axın edəcəklər. Bunun mühüm səbəblərindən biri də odur ki, fevralın 7-nə təyin edilmiş prezident seçkiləri demokratik prinsiplərə uyğun olaraq təşkil edilir. Hər kəs azad şəkildə istədiyi namizədə səs verəcək. Həmçinin, bu seçkilər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Budəfəki prezident seçkilərinin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirilməsindən qürur duyuruq”.

Digər xəbərlər