PDF Oxu

Siyasət

  • 2 055

Deputat: “Azərbaycan dövlət və xalq olaraq prezident seçkilərinə tam hazırdır”

Deputat: “Azərbaycan dövlət və xalq olaraq prezident seçkilərinə tam hazırdır”

Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda prezident seçkilərinin əhəmiyyəti ilə bağlı açıqlama verib. Rüfət Quliyev secki-2024.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda bütün vətəndaşların, o cümlədən seçicilərin və prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin hüquqları qanunla qorunur.“Azərbaycan həmişə seçki prosesinə yanaşmada beynəxalq hüquqi standartlarla uyğun addımlar atır. Seçkiləri müşahidə etmək üçün Azərbaycana gələcək beynəlxalq müşahidəçilər seçki məntəqələrində yaradılmış yüksək səviyyəli şəraitlə tanış ola bilirlər” - deyə, Rüfət Quliyev əlavə edib.Deputat vurğulayıb ki, Azərbaycan dövlət və xalq olaraq prezident seçkilərinə tam hazırdır. O, əmin olduğunu bildirib ki, 7 fevral seçkiləri də çox yüksək səviyyədə keçiriləcək.

Digər xəbərlər