PDF Oxu

Siyasət

  • 1 488

Borrel rusiyalı tarixçinin hədəfində - ŞƏRH - ANALİTİK

Borrel rusiyalı tarixçinin hədəfində - ŞƏRH - ANALİTİK

Oleq Kuznetsov: "Cozep Borrelin Cənubi Qafqaz regionundakı situasiyaya yönəlik mövqeyi birtərəfli və qərəzli, həm də qeyri-adekvatdır"

Rusiya tarixçisi və qafqazşünası, tarix elmləri namizədi Oleq Kuznetsov Aİ-nin anti-Azərbaycan xarakterli münasibətinə, Ermənistanın qeyri-adekvat davranışlarına və ən əsası, Cozep Borrelin qəsdi-qərəzinə özünəməxsus fikir sərgiləyib.

"Ermənistanın dörd qonşusundan yalnız biri - Türkiyə ilə sərhəd məsələsi tənzimlənib, Azərbaycan və Gürcüstanla isə..."

Caucasian_bureau teleqram kanalı Oleq Kuznetsovun münasibətinə istinad edərək qeyd edib: "Cozep Borrelin Cənubi Qafqaz regionundakı situasiyaya yönəlik mövqeyi birtərəfli və qərəzli, həm də qeyri-adekvatdır". Kuznetsov bildirib ki, Borrelin "Ermənistanın ərazi bütövlüyü" barədə "əsaslandırmaları" heç bir məntiqə sığmır. Belə ki, bu sual nəinki müəyyən olunmayıb, hətta tənzimlənməyib. Rusiyalı tarixçi fikirlərini belə əsaslandırıb ki, Ermənistanın dörd qonşusundan yalnız biri ilə - Türkiyə ilə sərhəd məsələsi tənzimlənib və bu tənzimlənmə 1921-ci ilin Qars müqaviləsində öz təsdiqini tapıb. "Digər iki dövlətlə - Azərbaycan və Gürcüstanla bağlı Ermənistan onilliklər boyu, davamlı şəkildə ərazi iddiaları irəli sürüb. Onların heç biri ilə sərhəd xətləri qeydə alınmayıb, ona görə də belə nəticə hasil etmək olar ki, Ermənistanın özünün də ərazi bütövlüyü qeyri-müəyyəndir, yəni tənzimlənməyib", - Kuznetsov vurğulayıb.

"Borrelin yerinə olsaydım, mən heç vaxt Azərbaycanla təhdid dilində danışmazdım, əksinə, hərtərəfli olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə konstitusiyasında aparacağı islahatlar təşəbbüsünü dəstəkləyərdim"

"Cənab Borrelin yerinə olsaydım, mən heç vaxt Azərbaycanla təhdid dilində danışmazdım, əksinə, hərtərəfli olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə konstitusiyasında aparacağı islahatlar təşəbbüsünü dəstəkləyərdim", - deyən qafqazşünas alim əlavə edib ki, məhz bu təşəbbüs Ermənistandakı bir sıra qüvvələrin Qarabağa iddiaları səs-küylərinə son qoya və artıq sivil qaydalarla idarə ediləcək dördüncü respublikanın yaradılmasına səbəblər, imkanlar yarada bilər.

Afət Tahirqızı

Digər xəbərlər