PDF Oxu

Siyasət

  • 1 650

MSK sədri: “Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteni çap olunacaq”

MSK sədri: “Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteni çap olunacaq”

“Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur”. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.O bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub:“Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək”.

Digər xəbərlər