“Fevralın 7-nə təyin olunmuş prezident seçkiləri ilə bağlı məntəqələrdə quraşdırılmış veb-kameraların sınağına başlanılıb”. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.MSK sədri hesab edir ki, seçki prosesinin şəffaflığının təmin edilməsi baxımından həm veb-kameraların qurulması, həm də mətbuatın seçki prosesində yaxından iştirak etməsi vacib məqamdır.