“Yanvarın 17-də Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi və Azərbaycana sanksiya tətbiq olunmasını bildirdilər. Bütün bunlar birmənalı şəkildə erməni maraqlarına xidmət edir. Fransada olan erməni diasporu və lobbisinin maliyyə dəstəyi ilə hakimiyyətdə olan Makron və onun komandası ermənilərin dedikləri ilə oturub-dururlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq bildirib ki, Fransa fransız xalqının yox, erməni millətinə xidmət edən bir quruma çevrilib:“Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Makron və onun siyasiləri Ermənistanın böyük bacısı olduqlarını və daim dəstək olacaqlarını bildirdilər. Sonra isə Ermənistanı silahlandırmağa başladılar. Fransanın əsas məqsədi Cənubi Qafqazda sülhün bərqərar olması yox, münaqişənin daha da genişlənməsi, müharibə olmasına sürükləyən məsələlərdir.
Bütün sadalananlara görə, Fransanı pisləyir və beynəlxalq qanunlara əməl etməyə çağırırıq”.
Müəllif: Səbinə Hüseynli