PDF Oxu

Siyasət

  • 1 528

"Bir çoxları hakimiyyəti tənqid adı altında dövlətə çox ciddi ziyanlar vururlar" - PARTİYA SƏDRİ BİLDİRDİ

"Bir çoxları hakimiyyəti tənqid adı altında dövlətə çox ciddi ziyanlar vururlar" - PARTİYA SƏDRİ BİLDİRDİ

“Azərbaycanda müəyyən siyasi təcrübəsi olmayan, geopolitika və qlobal siyasətdən başı çıxmayan, bütünlükdə siyasi təcrübəsi az olan adamların siyasətə qoşulması çox ciddi fəsadlarla müşahidə olunur”. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, bəzi şəxslər siyasi fəaliyyəti ən asan bir fəaliyyət kimi başa düşürlər: “Siyasi mədəniyyətin ən aşağı səviyyəsində, söyüşlə, lənətlə, qalmaqalla proseslərə müdaxilə edirlər. Problemin birinci səbəbi Azərbaycanda professional siyasətçilərin sayının həddən artıq az olmasıdır. İkinci səbəb bu adamların dövlətlə hakimiyyət arasında fərq qoya bilməməsidir. Bir çox hallarda hakimiyyəti tənqid adı altında dövlətə çox ciddi ziyanlar vururlar, dövlətin və xalqın mənafelərinə zərbə vururlar. Bu da onların siyasi savadsızlığından, hadisələrin mahiyyətinə vara bilməməsindən irəli gəlir. Üçüncü səbəb müəyyən qərəzli münasibətlərin olmasıdır. Dördüncü səbəb adamların öz şəxsi incikliklərini siyasi müstəvidə, dövlətin və xalqın maraqlarına uyğun olmayan şəkildə ifadə edirlər. Kimsə incidilib, həbs olunub, əmlakı əlindən alınıbsa, əvəzini siyasi müstəvidə çıxmaq istəyirlər.S.Cəlaloğlu bildirib ki, iqtidar və dövlət başqadır: “Dövlət maraqları ilə hakimiyyət maraqları bəzən üst-üstə düşür, bəzən düşmür. Harada maraqlar üst-üstə düşürsə, orada hakimiyyət müdafiə edilir. Əks halda, müxalifətçilik edilir. Bunu isə hər bir adam aydın şəkildə diferensiasiya edə bilmir”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər