Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən fəlakətli və faciəvi durum yaşayır. Az qala dünyanın bütün bölgələrində, müharibələr, münaqişələr, ölkələrdaxili qarşıdurmalar baş verir. Yüz minlərlə insanın həyatını itirməsi, ev-eşiyinin dağılması, yurd-yuvasından didərgin salınması hesabına başa gələn müharibələri və münaqişələri aradan qaldırmağa cəhd edən hansısa beynəlxalq təşkilat yoxdur. Bu da onu təsdiq edir ki, dünyamızın gələcəyi sual altındadır. Hər an beyni pozulmuş lider, ağılı başında olmayan siyasətçi atom bombasından istifadə etməklə dünyanın varlığına son qoya bilər. Nəzərə almaq lazımdır ki, Rusiya prezidenti nüvə silahına arxalanaraq “Rusiyasız dünya bizim nəyimizə lazımdır”, - deyə bildirmişdir. 2022-ci ilin fevralından Ukraynaya qarşı başladığı müharibə minlərlə insanın həyatını itirməsi, yüzlərlə şəhərin, kənd və qəsəbənin dağıdılması, milyonlarla insanın öz isti ev-eşiyini tərk etməsi ilə nəticələndi. Demək olar ki, Ukrayna ərazisində az qala 70 faizi dağılıb, 20 milyon insan müxtəlif ölkələrə köç ediblər. İtkilərinin sayı da az deyil - 400 min nəfər. Rusiya tərəfinin itkiləri də 400 minə çatır. Yaralıların sayı isə ümumilikdə 3 milyondur. Müharibə isə davam edir. Hər gün yüzlərlə insan ölür, kənd və şəhərlər dağıdılır. Bu kimi faktlar onu təsdiq edir ki, müharibəni başlayanlar istəklərinə nail ola bilmədilər. Nə idi o istək? Birincisi, Ukraynanı işğal etməklə Qərbi və ABŞ-ın bölgə maraqlarını sıradan çıxartmaq. İkincisi isə, Rusiyada 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə qədər ağır və üzücü görünən Ukrayna problemini həll edib, seçkilərə qəhrəman olaraq qatılmaq. Lakin görünən ondan ibarətdir ki, Avropa və ABŞ rəsmi Kremlin arzularını darmadağın etdi. Təbii ki, Ukraynada öz ərazi bütövlüyünü və suverenliyini təhlükə altına qoydu.
Müharibənin miqyası genişlənir
Qərb dairələri Ukraynaya hərbi dəstək göstərməklə ara-sıra Rusiyanın ərazilərinə hücumlar təşkil etdirməklə rəsmi Moskvanı cəzalandırmağa çalışırlar. Ukraynanın Krımı, Voreneji, Belqorodu, Donetskini və digər əraziləri ardıcıl olaraq raket atəşinə tutması Zelenski hakimiyyətinin öz yerində dayanıb, məğlubiyyətini gözləmək fikrində olmadığını göstərir. Ukrayna silahlı qüvvələrinin Donetski bazarını raket atəşinə tutması və 30 nəfərin ölməsi, 50-yə yaxın insanın yaralanması müharibənin miqyasının genişlənməsi fonunda ən çox zərbəni mülki əhalinin aldığını göstərir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Vladimir Putin Donetskə endirilən zərbələrlə bağlı məlumat alıb və göstərişlər verilib."Təbii ki, müvafiq hesabatlar olub, prezident lazımi göstərişlər verib". Onun sözlərinə görə, zərərçəkənlərə tibbi yardımın göstərilməsi üçün bütün tədbirlər regional səviyyədə həyata keçirilir. Peskov həmçinin Kiyevin Donetskdə dinc sakinlərə və mülki infrastruktura hücumlarını dəhşətli terror aktı adlandırıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bıstrıkin Donetskdə bazarın atəşə tutulmasında əli olan şəxslərin müəyyən edilməsi barədə göstəriş verib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukraynaya məxsus kamikadze pilotsuz uçan aparat “Lozovaya rudka” fermasındakı şəxsi yaşayış binasına daxil olub. Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin “Liman” əməliyyat-taktiki qrupunun komanda məntəqəsini vurub. Hücum Rusiya qoşunlarının əməliyyat-taktiki aviasiyası tərəfindən həyata keçirilib. Rusiya Qüvvələr Qrupunun “Mərkəz” bölmələri Krasnolimanski istiqamətində cəbhə xəttində mövqelərini xeyli yaxşılaşdırıblar. Bu, artilleriya ekipajlarının pərdəsi altında bu zonada aktiv əməliyyatlar sayəsində mümkün olub. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş polkovniki Oleq Starikov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin mühəndis qoşunları artıq yeni müdafiə xəttinin tikintisinə başlayıb və onlar tezliklə geri çəkilməli olacaqlar.
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 pilotsuz təyyarəni Oryol vilayəti ərazisi üzərində məhv edib. Bu barədə regionun rəhbəri Andrey Klıçkov məlumat verib, sonradan məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Yanvarın 24-ü, çərşənbə günü səhər saatlarında qurğular tutularaq zərərsizləşdirilib. Ölən və yaralananlar olmayıb. Dnepr qoşun qrupunun rusiyalı desantları Ukrayna Silahlı Qüvvələrinin zenit qurğusunu məhv ediblər. Bu, Dnepr çayının sağ sahilində Xerson istiqamətində baş verib. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, söhbət ZU-23-ün quraşdırılmasından gedir. Rusiyanın hava hücumundan müdafiə sistemi Belqorod vilayətinin Valuyski rayonunda hava hədəfini vurub. Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.
“DXR” rəhbəri Denis Puşilin isə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin 24 saat ərzində respublika ərazisini atəşə tutması nəticəsində 28 nəfər ölüb, daha 30 nəfər yaralanıb. “Donetsk Xalq Respublikası”nın hakimiyyəti Ukrayna ordusunun Donetskə endirdiyi zərbənin qurbanları üçün matəm günü elan edib.
V.Zelenski Rusiya torpaqlarına iddialıdır
Bu arada V. Zeleniski daha bir cəsarətli addım atıb. Bu Zelenskinin imzaladığı “Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadıqları əraziləri haqqında” fərman oldu. Ukrayna Nazirlər Kabineti fərmana uyğun olaraq “Rusiya Federasiyasında, o cümlədən tarixən məskunlaşdıqları torpaqlarda - ukraynalıların milli kimliyinin qorunub saxlanılması üçün tədbirlər planını hazırlayıb Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim etmək tapşırılıb. Müasir Krasnodar diyarı daxilində Kuban, Starodubşina, Şimali və Şərqi Slobojanşçina, Rusiya Federasiyasının Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri”.
V. Zelenskinin bu qərarının ardınca Ukrayna ordusu daha geniş şəkildə Rusiya ərazilərini bombalamağa başlayıb. ABŞ və Avropada Ukraynanı maliyyə və hərbi yardımlarını artırmaqdadır. UNN agentliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri (AFU) üçün Almaniya Leopard-2 tanklarının ardınca. SurveilSpire kəşfiyyat sistemlərinin yeni partiyasını tədarük etməyə başlayıb: “Rheinmetall SurveilSpire avtomatlaşdırılmış kəşfiyyat sistemlərinin yeni partiyasını Ukraynaya köçürməyə başlayıb. Ukrayna üçün sifariş Almaniya hökuməti tərəfindən ödənilib. Sifarişlər ikirəqəmli milyonlarla avro diapazonundadır. Aydınlaşdırılır ki, sistemlərə videonu mobil komanda postuna ötürmək üçün 4G və Starlink kimi simsiz rabitə kanalları daxildir”.
Rusiya Müdafiə Nazirliyindən yanvarın 24-nə olan vəziyyətlə bağlı bildirilib ki, Rusiya qoşunları Ukraynanın hərbi sənaye kompleksinə dəqiq silahlarla qrup zərbəsi endirib, raket və sursat istehsal edən obyektlərə zərbələr endirib: “Rusiya Silahlı Qüvvələri bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 6 hücumunu dəf edib və Kupyansk istiqamətində cəbhə xətti boyunca mövqelərini yaxşılaşdırıb. 56 pilotsuz təyyarə və HIMARS MLRS mərmisi Rusiya hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib. Rusiya Silahlı Qüvvələri Donetsk istiqamətində 280-dən çox ukraynalı hərbçini məhv edib. Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin “Liman” əməliyyat-taktiki qrupunun komanda məntəqəsini vurub”.
TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya Silahlı Qüvvələri Xarkovda Ukrayna Silahlı Qüvvələrinin muzdlularının olduğu yerə zərbələr endirib.“Bu gecə Xarkovda muzdluların yerləşdiyi yerə növbəti dəfə hədəfli zərbələr endirilib. Həmin şəxslərin hansı ölkənin vətəndaşı olduğu hələlik məlum deyil, lakin bu məlumat hazırda dəqiqləşdirilir”, - agentlik həmsöhbətdən sitat gətirir.
Qərb maşınları sərt qışa tab gətirə bilmirlər
CNN-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin ekipajları Qərb maşınlarının sərt qışa tab gətirə bilmədiyini qeyd ediblər. Rusiya qoşunları xüsusi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 11 mindən çox pilotsuz uçan aparatını məhv edib: “ Rusiyanın hava hücumundan müdafiəsi Xarkov vilayətində Ukraynanın Su-25 təyyarəsini vurub;- Rusiya Silahlı Qüvvələri Kupyansk istiqamətində gündə 9 hücumu dəf edib, Ukrayna Silahlı Qüvvələri 180-ə qədər hərbçi itirib; Donetsk istiqamətində Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus on tankı, o cümlədən biri “Leopard”ı məhv edib; Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 23-cü mexanikləşdirilmiş briqadasının iki səhra anbarını dağıdıblar;- Ukrayna Silahlı Qüvvələri Cənubi Donetsk istiqamətində 120-yə qədər hərbi qulluqçu və 2 "Akatsiya" özüyeriyən silahını itirib; 6 STORM SHADOW qanadlı raketi, 5 HIMARS MLRS mərmisi, Ukrayna Silahlı Qüvvələrinə məxsus 76 pilotsuz uçan aparat Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən məhv edilib.“Qərb” qüvvələr qrupunun 1-ci Mühafizə Tank Ordusunun TOS-A1 “Solntsepek” gəmisinin ekipajları Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin taqım istehkamlarını və sığınacaqlarını məhv edib”.
Rusiya- Ukrayana müharibəsi bütün mövcudluğu ilə daha amansız və dağıdıcı xarakter almaqdadır. Vəziyyətin gərginləşməsi Avropada sabitliyin pozulmasına gətirib çıxarar. Buna hələ ki, üçüncü dünya müharibəsi demək çətin olsa da, hər halda siyasi və hərbi toqquşmalar və nəhayət, qida çatışmazlığı sahəsində ciddi problemlər dünyanın sabahı üçün heç də yaxşı nəticə vəd etmir. Rusiya Prezidenti V. Putinin hələ ki, müharibəni dayandırmaq fikrinin olmaması və rəsmi Kiyevində işğal altında olan ərazilərini azad etmək üçün mübarizə aparması onu deməyə əsas verir ki, dünyada fəlakətli hal yaşana bilər. Yəni, daha ağır silahlar, hətta atom bombası işə düşə bilər. Üzücü də olsa etiraf olunmalıdır ki, əgər nüvə silahı işə düşərsə, bəşəriyyətin mövcudluğu sual altına düşə bilər. Gözlənilən fəlakətlərin miqyasını isə hələ ki, dünyanın aparıcı dövlətləri anlamırlar. Bu da onu deməyə əsas verir ki, onlar bəşəriyyətin, insanlığın cəlladlarıdır.
İLHAM ƏLİYEV