Azərbaycanımız növbəti ümumxalq tədbirə hazırlaşır. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq çərçivəsində aparılan və görülən fundamental işlər bir daha Azərbaycanın azad və demokratik seçkilərin keçirilməsinə sadiq olduğunu təsdiqləyir. İnsanların yüksək səviyyədə fəallığı onu təsdiq edir ki, xalq öz gələcəyinə biganə deyil. Seçki hazırlığında və seçki günü məntəqələrə gedərək hazırkı siyasətin davam etdirilməsinə səs verməyə hazırlaşmaları xalqımızın ən böyük və qüdrətli xalq olduğunu göstərir. Baxmayaraq ki, bəzi dağıdıcı qüvvələr seçki ilə bağlı yanlış və təxribatçı açıqlamalar yayır, statuslar paylaşırlar. Lakin mənasız və əsassız cəhdlərdir. Xalq mövqeyində və qərarında haqlıdır. Bununla belə xalq günün birində satqın və xəyanət yolu tutan dağıdıcı müxalif ünsürləri cəzalandıracaq.
Dağıdıcı müxalifət cəzasız qalmayacaq
Cəmiyyəti bir sual düşündürür, Qarabağ zəfərindən sonra Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri niyə erməni lobbisinin maraqlarından çıxış edib, dövlətimizə qarşı şər və böhtan kampaniyası aparır? Fransa erməniləri dəstəkləyən separatçı qətnamə qəbul edir, AŞPA almaniyalı və fransalı deputatları təklifləri ilə Azərbaycanın qurumdakı səsvermə hüququnun məhdudlaşdırılmasına dair qətnamə layihəsi ilə çıxış edirlər, lakin Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri susurlar. Deməli, bir daha aydın olur ki, onların pafosla söylədikləri “Vətən”, “Xalq” sözləri, sadəcə, siyasi divident əldə etmək üçün deyilir. Əslində, xalqa və dövlətə qarşı xəyanət yolunu tutublar. Onlar üçün başlıca hədəf və məqsəd ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirilməsidir. Əslində, hazırkı mərhələdə dağıdıcı müxaliflərin ermənipərəst mövqeləri təəccüblü deyil. Çünki onlar belə təlimat alıblar. 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terror maşını terror aktları həyata keçirən zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatını Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı imzalamadılar. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar, müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmadılar. Prezident Adminstrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə AXCP və Müsavat funksionerləri qatılmadılar. Hətta siyasi dialoq çağırışlarına da əhəmiyyətsiz yanaşdılar. Bütün bunlar Əli Kərimlinin, Arif Hacılının və Cəmil Həsənlinin şər qüvvələrdən asılı olduqlarını göstərir.
Almaniyanın faşist ideologiyasını dirçəltməyə və inkişaf etdirməyə çalışması qorxulu və təhlükəlidir
AŞPA-da Azərbaycanın bu qurumda səsvermə hüququnun məhdudlaşdırılması təklifi ilə çıxış edən almaniyalı dövlət bununla babalarından qalma başqa sivil, demokratik xalqlara düşmənçiliyini davam etdirdiyini nümayiş etdirib. Unutmaq olmaz ki, indi demokratiyadan, insan hüquq və azadlıqlarının müdafiəsindən boşboğazlıq edən Almaniya və Fransa yaxın keçmişdə bəşəriyyətin varlığına ən təhlükəli dövlətlər olmuşlar. Faşistlərin dünyaya vurduqları bəşəri zərbələr əsrlər keçsə də unudulmayacaq. Özlərini “ali irq” hesab edib, insanlığa düşmən kəsilən və başqa xalqların torpaqlarını işğal etməklə “böyük Almaniya” yaradacaqlarını iddia edən Hitlerin qəddarlığını heç bir insan, toplum, millətlər unutmayıb. Yenidən hazırda Almaniyanın faşist ideologiyasını dirçəltməyə və inkişaf etdirməyə çalışması qorxulu və təhlükəlidir. İnsanlıq bu gözlənilən fəlakəti beşikdəcə boğmaq üçün əməli addımlar atmalıdır. Həm də yaddan çıxarmasın ki, Avropada, ABŞ-da mitinqlər, piketlər keçirməyə çalışanlar su şırnaqları ilə, zəhərli tüstülərlə, rezin güllələrlə zərərsizləşdirilirlər. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Fransada “Sarı jiletlilər”in aksiyaları zamanı 43 min 325 nəfər həbs olundu ki, onlardan da 21 min nəfəri bu və digər formada hüquqi məsuliyyətə cəlb olundular. Belə zorakı hallar ABŞ-da, Böyük Britaniyada, Almaniyada və digər ölkələrdə adi hala çevrilib. Hər il ABŞ-da onlarla insan polis zorakılığının qurbanı olur, öldürülür, şikəst edilir. Bütün bunların fonunda başqa xalqlarda, dövlətlərdə qüsur axtarmağa çalışmaları həyasızlığın və abırsızlığın son həddidir. Azərbaycanın Almaniyanın, Fransanın faşist düşüncəli məxluqları ilə əməkdaşlıq etmələri isə hər iki tərəfin eyni bezin qırağı olduqlarını göstərir. Bu baxımdan demək olar ki, Ə.Kərimli, A.Hacılı, C.Həsənli və digərləri yanlış siyasətlərinin acı nəticəsini yaşamalı olacaqlar. Ən azı seçkilərdə iştirak etməkdən imtina etməklə az sayda olan öz tərəfdaşlarını itirmiş olacaq. Çünki sıravi partiya üzvləri seçkilərə qatılmağın tərəfdarıdırlar. Lakin AXCP, Müsavat kimi partiyalar, onlara rəhbərlik edən Əli Kərimli, Arif Hacılı uzun müddətdir ki, seçkilərə qatılmırlar. Hətta Ə.Kərimli siyasi partiya yetkilisi kimi heç bir seçkidə iştirak etməyib. Bu halda sual olunur, seçkilərə qatılmayacaqsansa, o zaman siyasətdən nə azarın var, nədən partiya sədrliyi kreslosunu zəbt etmisən? Təbii ki, sıravi cəbhəçilər məntiqli və əsaslı sualları Ə.Kərimliyə ünvanlayırlar. Qarşı tərəfin susması və özlərini etinasız kimi göstərmələri uzun sürə bilməz. Nəhayət, bu laqeydliyin və özbaşınalığın sonu olacaq. Bir gün sıravi cəbhəçilər bir araya gələrək Ə.Kərimlini və ətrafında olan trolları zibilliyə atmaqla, AXCP-də təmizləmə işi aparacaqlar. Bu isə Ə.Kərimlinin siyasətdə sonu olacaq. Əminliklə demək olar ki, gözlənilən zaman uzaqda deyil. Çünki artıq proses başlayıb.
İLHAM ƏLİYEV