PDF Oxu

Siyasət

  • 1 516

"Azərbaycanın 20 il ərzində siması dəyişib" - ŞƏRH EDİLDİ

"Azərbaycanın 20 il ərzində siması dəyişib" - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycanda miqyaslı tikinti-quruculuq prosesi ilə müşayiət olunub”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. Onun sözlərinə görə, Azərbaycanın bu 20 il ərzində siması dəyişib, keçmiş SSRİ-nin bir hissəsindən dünyanın ən gözəl ölkələrindən birinə qədər böyük dəyişiklik yolu keçib: “Bu proses indi daha sürətlə davam edəcək, çünki cənab Prezident İlham Əliyevin elan etdiyi yeni inkişaf mərhələsinin əsasında sürətli və genişmiqyaslı tikinti işləri durur. Bu günlərdə Bakı şəhərinin baş planı təqdim olundu və indi bu mövzu ətrafında aktiv fikir mübadiləsi, müzakirələr gedir. Yəni vətəndaş cəmiyyətimiz də bu prosesə bir növ qoşulub”.Deputat bildirib ki, cənab Prezidentin birbaşa nəzarəti ilə Qarabağda və Şərqi Zəngəzurda yaşayış yerlərimiz yenidən, müasir dünya şəhərsalma standartları əsasında, yeni texnologiyaların tətbiq edilməsi ilə tikilir: “Yəni Azərbaycan şəhərsalma, memarlıq baxımından yenilənir, müasirləşir. Ağ şəhərdə həyata keçirilən işlər də məhz bu kontekstdən şərh olunmalıdır. Təbii ki, bütün bunların ölkəmizə marağın artması, turizm potensialı nöqteyi-nəzərdən ciddi əhəmiyyəti var. Hökumətin qeyri-neft sektorun inkişaf etdirilməsi proqramında turizmə xüsusi önəm verilir. Güman edirəm ki, yaxın gələcəkdə biz bu işlərin real effektini görəcəyik”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər